Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % artaraq 76,92 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 74,55 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]
Prezident minimum pensiyanın artırılmasını təsdiqləyib
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Yenilənmiş qanuna əsasən, bu il fevralın 1-dən Azərbaycanda minimum pensiya 280 manatdan 320 manata çatdırılıb.
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev maliyyə naziri təyin edilib.
Nazir: Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün zaman lazımdır
Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün zaman lazımdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda təhsil sahəsində inkişaf müsbət yöndə davam edir: “Təhsil sistemi inkişaf etməkdədir. Lakin Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün vaxt lazımdır. Çünki bu, insanların həyatıdır və kimlərinsə […]
Bakıya qar yağacaq – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 8-də yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, […]
Yeni yolun tikintisindən – Görüntülər
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub. Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə […]
Azərbaycanda meqa nazirlik yaradılır?
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. Muxtar Babayevin vəzifəsini tərk etməsi ilə boş olan nazir postlarının sayı ikiyə çatıb. Belə ki, yanvarın 10-da maliyyə naziri Samir Şərifov da vəzifəsindən azad […]
Sabahın havası: Qar yağacaq, 15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq…
Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında […]
Papuaşvili: ABŞ administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı ifşaları bizim üçün siqnaldır
ABŞ-nin yeni administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı son ifşaları Gürcüstan üçün siqnaldır. Bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, növbəti iki ay ərzində demokratiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə və dövlət institutlarının fəaliyyətində xarici müdaxilələrin məhdudlaşdırılması məqsədilə qanunvericilikdə dəyişikliklər üzərində iş aparılacaq. “Məlum oldu ki, […]
Ucar məktəbində bıçaqlanma – Xəsarət alan var
Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.Hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9-cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən […]