Dünya Bankı (DB) Azərbaycanla bağlı bir sıra makroiqtisadi proqnozlarını açıqlayıb. Bank Azərbaycanda tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisitinin növbəti 5 ildə azalacağını proqnozlaşdırıb. 2025-ci il üzrə CƏH-in profisiti ÜDM-in 11,6%-i həcmində, 2026-cı ildə 5,4%, 2027-ci ildə isə 3,8% proqnozlaşdırılıb. Dünya Bankı hesab edir ki, CƏH-in profisiti 2028-ci ildə 3,6%-ə, […]
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” İdarə Heyətinə sədr əvəzi təyin edilib
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub. “Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, qurumun müavini Ruslan Aslan oğlu Kəngərliyə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə […]
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib. Bu barədə Qvi-Yop Son “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilir – SİYAHI
“Mediasiya haqqında” qanuna təklif edilən dəyişikliklərdə mediator ola bilməyən şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Təqdim edilən qanun layihəsində etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif edilir. Belə […]
Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb. Baş naziri Oljas Bektenov martın 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə […]
Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib
Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan 5 bəbirin görüntüsü paylaşılıb. Paylaşımda deyilir: “Məlumat verdiyimiz kimi, biz 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib […]
“Anora” kinolenti “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb
Şon Beykerin rejissoru olduğu “Anora” filmi “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını qazanıb. 97-ci mükafatlandırma mərasimi Kaliforniya ştatının Los-Anceles şəhərindəki “Dolby” teatrında baş tutub. Film ümumilikdə altı nominasiyadan beşində qalib olub: Şon Beyker – ən yaxşı rejissor və orijinal ssenari müəllifi, Mayki Medison – ən yaxşı aktrisa, eləcə də ən […]
Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək – MAAŞLAR ARTACAQ
Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb. […]
Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünən Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşdən sonra ABŞ Prezidenti Donald Trampı dəstəkləyib. O, bununla bağlı feysbuk səhifəsində paylaşım edib. “Dünən müharibə partiyası ilə sülh partiyası arasında bir daha aydın xətt çəkildi. Mən Tramp və Zelenski arasındakı sözlü mübahisəni yox, ona verilən […]