Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 74,04 ABŞ dollar təşkil edir. Bu 1.19 ABŞ dolları və ya 1.58 % azalma deməkdir.  Azərbaycan neftinin əvvəlki qiyməti isə 75,23 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 […]

Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar. Qanun layihəsinin qəbul edilməsinin lehinə 64, əleyhinə […]

Çin XİN: Pekin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır

Pekin Vaşinqtonla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığa hazırdır.Bu barədə Çinin xarici işlər naziri Van İ Pekində ABŞ-Çin münasibətləri üzrə Milli Komitənin Direktorlar Şurasının icraçı sədr müavini Evan Qrinberqlə görüşündə bildirib. “Çin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq və danışıqlar aparmağa hazırdır, məqsəd hər iki ölkənin əsaslı […]

Bu gün sonuncu Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir. Dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

“HƏMAS” Qəzzada müharibənin bitməsini istəyir

Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzza zolağında müharibəyə tez son qoymağa çağırıb.Bunu qruplaşmanın siyasi bürosunun üzvü Husam Badran deyib. “HƏMAS” sözçüsü bildirib ki, hərəkat müharibəni və qan tökülməsini dayandırmağa çalışır, lakin İsrail atəşkəs razılaşmasına əməl etmir və bunun əvəzinə təcavüzünü davam etdirir. ABŞ-yi tənqid edən Husam Badran əlavə edib ki, İsrailin […]

Sabahdan bu məktəblərdə dərslər başlayır

Sabah ölkənin bəzi orta məktəblərində bayram tətilindən sonra ilk dərs günü olacaq.  Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləridir.  Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə […]

Bu saytlarda təhlükəli viruslar aşkarlanıb – XƏBƏRDARLIQ

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) faylların konvertasiyasını təklif edən internet saytlarında yeni zərərverici proqram təminatının yayıldığı barədə xəbərdarlıq edib.Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, FTB Denver bölməsinin mütəxəssisləri, kiber-dələduzların şəkil, video və sənədlərin konvertasiyası üçün nəzərdə tutulan saytlara viruslar yerləşdirdiyini aşkarlayıb. FTB ekspertləri qeyd edirlər ki, istifadəçilər […]

Ağcəbədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi – Ailəsi ondan imtina etdi

“Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb”. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook”da yazıb.   O bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il […]

Tehran Trampın İranın nüvə proqramı ilə bağlı məktubuna cavab hazırlayır

İran hələ ABŞ Prezidenti Donald Trampın göndərdiyi İranın nüvə proqramı ilə bağlı məktuba cavab verməyib.Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə bildirib. “Biz hələ ABŞ prezidentinin məktubuna cavab verməmişik. Cavab hazırlanma prosesindədir”, – o qeyd edib. Bununla yanaşı, A.Əraqçi vurğulayıb ki, İran […]

Ermənistan İranla ildə 3 milyard dollarlıq ticarət əməliyyatları aparmaq istəyir

Ermənistan İranla illik ticarət dövriyyəsinin dəyərini 3 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ötən il iki ölkə 755 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. A.Mirzoyan qeyd edib ki, tərəflər həmçinin […]