“Törədilən təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. “Aydındır ki, təxribatın əsas məqsədi hazırda aparılan sülh danışıqlarının pozulmasıdır”. – deyə MM sədri bildirib.
Tərtər, Xocalı, Laçın və Şuşadakı mövqelərimiz ATƏŞƏ TUTULDU
Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə […]
Dağıstan və Tatarıstan rəhbərlərindən İlham Əliyevə təbrik məktubu
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Bütün Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi atanız – dünyada dərin hörmət və ehtiram qazanmış görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik […]
Müdafiə Nazirliyi şərti sərhəddəki son vəziyyəti AÇIQLADI
Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli […]
Şəhid Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilir
Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib. Hazırda şəhidimizlə vida mərasimi keçirilir. Əldə etdiyimiz məlumata görə, şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun […]
Bakıda DƏHŞƏT: Oğul atasını öldürdü
Mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən […]
“Avroviziya”da final mərhələsinin bütün iştirakçıları bəlli oldu – VİDEO
“Avroviziya”da ikinci yarımfinaldan finala keçid edən ölkələr bəlli olub. Liverpulda baş tutan müsabiqənin nəticələri açıqlanıb. Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Estoniya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar. Qeyd edək ki, daha öncə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala keçiblər.
Mehriban Əliyeva Şuşadan paylaşım EDİB
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Şuşadan paylaşım edib. Birinci vitse-prezident paylaşımda yazıb: “Dostumuzun ailəsində artım var”.
Ermənilər Laçın postunda belə yoxlanılır – VİDEO
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməni əsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər.Dogrusoztv.az report-a istinadən xəbər verir ki, sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin sənədləri yoxlanılır və onların rahat gediş-gəlişi təmin olunur. Qeyd edək ki, 2020-ci il 10 […]
“Bu gün evə gələcəkdi” – Şəhid Orxanın atası – Video
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə çətin də olsa oğlu barədə danışıb. Şəhid atası qeyd edib ki, oğlu bu gün evə gəlməli imiş: “2 […]