Xızıda qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Xızı rayon prokurorluğu məlumat yayıb. Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman […]
İlham Əliyev Belçikaya işgüzar səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib. Dövlət başçısı mayın 13-də Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
“Sabah” “Beşiktaş”la oyunda erkən qollar vurub – CANLI
Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub. Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib. 3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib. Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında xeyriyyə oyunu başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da […]
Bakıda evli kişi gizli görüşdüyü qadının başına oyun açdı
Bakıda qadına qarşı dələduzluq etmiş şəxsə cinayət işi açılıb. News24.az-ın əldə ediyi məlumata görə, paytaxtda taksi sürücüsü kimi fəaliyyət göstərən Astara rayon sakini, evli və 2 uşaq atası olan 1973-cü il təvəllüdlü Vüqar Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub […]
Bakıda kişi vəsiyyət edib özünü güllələdi
Bakıda intihar hadisəsi olub. Hadisə Yasamal rayonu A.Abbasov küçəsində baş verib. 64 yaşlı Telman İbrahim oğlu İbrahimov tək yaşadığı evdə ov silahından başına atəş açaraq özünü öldürüb. Məlumata əsasən, o, hadisəni törətməzdən əvvəl məktub yazıb. Həmin məktubda bir sıra xəstəliklərdən əziyyət çəkdiyini bildirərək, ailə üzvlərinin yanında dəfn olunmasını vəsiyyət edib. […]
Azərpaşa Nemətovun yerinə təyin olunan bədii rəhbər kimdir? – DOSYE
Bu gün mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbər təyin edilib. Mehriban Ələkbərzadənin dosyesini təqdim edirik: O, 1965-ci il avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və 17 saylı orta məktəbi bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında […]
Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi
Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib. Bununla bağlı mədəniyyət naziri müvafiq əmr imzalayıb. Qeyd edək ki, Akademik Milli Dram Teatrının rəhbərliyinə gətirilən Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində […]
Fərid Cəfərov nazir müavini təyin edildi
Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə bu posta Fərid Cəfərov təyin olunub. Qeyd edək ki, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub. Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin […]
Müdafiə Nazirliyi brifinq keçirdi – Video
Mayın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz […]
Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü
Latviyada azərbaycanlı tələbə Həşimli Mircavad Mirvardər oğlu müəmmalı şəkildə vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu ölkədə ali təhsilini davam etdirən 22 yaşlı M.Həşimlinin ailəsi onun Latviyada göldə boğulduğu bildirilib. Bu gün M.Həşimlinin cənazəsi Azərbaycana gətirilərək dəfn edilib. Yaxınlarının verdiyi məlumata görə, Mircavad Həşimli hadisədən əvvəl anası ilə danışıb […]