Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın

alfonsonri

Qoç – gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun. Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun. Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks […]

“Bu şəhərdə”nin səhnəciyi İranı çalxaladı – VİDEO

alfonsonri

“Bu şəhərdə” komandasının Heydər Əliyev Sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial şəbəkələrində müzakirəyə çıxarılıb. “Milyonçu şouda iranlı nazir” başlığı ilə Yutub platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra Teleqram kanallarında paylaşılıb. Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırkı durumu […]

Ankarada güclü fırtına: Məscidlərin minarəsi uçdu, bir nəfər yaralandı

alfonsonri

Ankarada güclü leysan yağışları yağıb və fırtına olub. Leysan yağışları nəticəsində küçələri su basıb, evlərin damı uçub, ağaclar aşıb. Fırtına nəticəsində iki məscidin minarəsi uçub. Minarənin parçasının qopması nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Güclü fırtına nəticəsində damlardan qopan parçalar avtomobillərə ziyan vurub.

Azərbaycanda bu qaydalar dəyişdi – Əli Əsədovdan QƏRAR

alfonsonri

Nazirlər Kabineti 10 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bu Qaydanın məqsədləri üçün vergi inzibatçılığı dedikdə vergilərin dövlət büdcəsinə […]

Paşinyanın oğlunu maşınla vurub YARALADILAR – VİDEO

alfonsonri

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb. Bildirilir ki, insident bu gün saat 15:00 radələrində qeydə alınıb. İlkin məlumata görə, oğurluqda iştirak edənlər “Oğulların çağırışı” QHT-nin üzvləridir. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Lakin Aşot Paşinyan […]

Nazirlik taksi şirkətlərinə XƏBƏRDARLIQ ETDİ

alfonsonri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Belə ki, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Bu barədə nazirlikdən məlumat verilib. Hazırda ölkə […]

Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq

alfonsonri

28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri […]

İlham Əliyev Boris Kolları qəbul edib – YENİLƏNİB

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib. Dövlətimizin başçısı Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham […]

İlham Əliyev Tokayevə zəng etdi

alfonsonri

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Dövlətimizin başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxıstana səfərini […]

Azərbaycanda OLAY: Quduzluğa yoluxmuş qoyunları kəsib ailəsinə qonaqlıq verdi

alfonsonri

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb. Dogrusoztv.az AzərTac-a istinadən xəbər verir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları […]