Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib. Dogrusoztv.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.
İlham Əliyevdən “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarına MÜRACİƏT
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli Konqres iştirakçıları! Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş alimləri “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram. Builki Konqresin xalqımızın […]
Sinan Oğanın həyat yoldaşı kimdir?
Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 5 faizdən artıq səs toplayaraq seçki üçüncüsü olub. Onun və ailəsi haqqında bəzi məlumatları təqdim edirik. 1966-cu ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçıdır. Keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. […]
“Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik” – Paşinyan
“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib. O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. Qeyd edək […]
Türkiyə səfiri Azərbaycanda səs verdi – YENİLƏNİB
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı səs verib. Bu barədə səfir tviter hesabında paylaşım edib. “Ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm”, – deyə o qeyd edib. 08:50 Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Mayın 20-də Bakı vaxtı ilə […]
Tovuzda 13 yaşlı qız itkin düşdü
Tovuzda yeniyetmə qız itkin düşüb. “Unikal”ın məlumatına görə, 2010-cu il təvəllüdlü Tağıyeva Əfsanə Mətləb qızı yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Tovuz RPŞ-nin Təhqiqat bölməsində ilkin araşdırma aparılır.
“Günay Bank” müflis elan edildi
Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC müflis elan edilib. Dogrusoztv.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək. Xatırladaq ki, […]
Qabiliyyət imtahanı verəcək şəxslərin nəzərinə!
Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün nəşr edilən qabiliyyət imtahanlarının Təsviri sənət, Memarlıq, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları çap edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat […]
Bayden İlham Əliyevi təbrik etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Amerika xalqı adından Sizi və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı […]
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Sabah saat 08:00-dan 22:00-a qədər Bakının Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. “Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti […]