Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb. Bununla […]
Prezident: “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”
“Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib. “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İldən-ilə nəql edilən, ixrac edilən […]
Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub
Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar. Birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi […]
Azərbaycan lideri: “Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”
“Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib. “Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Azərbaycan torpaqlarının uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında olmasına, 1 milyon azərbaycanlının […]
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Azərbaycanla sülh sazişini qısa zamanda imzalamağa ümid edirik” – Paşinyan
“Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sülhə nail olmaq üçün İrəvan və Bakı öz qoşunlarını sərhəddən eyni məsafədə geri […]
Azərbaycan və Litva prezidentlərinin məhdud tərkibdə görüşü olub – YENİLƏNİB
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 11:02Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi istefa verdi
İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani vəzifəsindən istefa verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. O, öz “Twitter” səhifəsində Əbülqasım Kaşaninin “getdi” şeirindən bir hissəni paylaşaraq mesaj verib. Qeyd edək ki, Şamxani 10 ilə yaxındır ki, İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edib.
Monteneqro parlamentinin sədri ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib – FOTO
Azərbaycanda səfərdə olan Monteneqro parlamentinin sədri Daniela Djuroviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi […]
Sinan Oğan seçkidə kimi dəstəkləyəcəyini bu gün rəsmən elan edəcək
Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq. Mənbə iddia edir ki, Sinan Oğan artıq bu gün (22 may) ikinci turda məhz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini rəsmən elan edəcək. Bundan əlavə, Sinan Oğanın beş bəndlik protokola imza atacağı gözlənilir. Məlumatda həmçinin iddia olunur ki, Sinan […]