Ərdoğandan Qarabağla bağlı paylaşım – FOTO

alfonsonri

“Türkiyə kimi vətənimiz, Türkiyə kimi evimiz olduğu üçün Allaha nə qədər şükür etsək, azdır”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib. O qeyd edib ki, ortaq tariximiz, dilimiz, inancımız və mədəniyyətimiz bir olan bütün ölkələrlə yenidən qucaq açdıq: “Türk Dövlətləri Təşkilatını yaratmaqla Türk dövlətləri ilə əlaqələrimizi daha da […]

“Əks-hücum yaxın vaxtlarda başlayacaq” – Budanov

alfonsonri

“Ukrayna silahlı qüvvələri əks-hücum üçün lazım olan minimum silahlara malikdir, əks-hücum yaxın vaxtlarda başlayacaq”. Bunu Yaponiyanın NHK telekanalına müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov deyil.  “Bizim artıq minimum lazımi silahlarımız var. Yalnız onu deyə bilərəm ki, əks-hücum yaxın vaxtlarda başlayacaq”, – Budanov bildirib. Eyni zamanda o […]

Gümrüdə polis idarəsinə qumbara atıldı – Xəsarət alanlar var

alfonsonri

Ermənistanda naməlum şəxs Gümrü Muş polis idarəsini partlatmağa cəhd edib. Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Bildirilir ki, naməlum şəxs polis idarəsinə qumbara atıb.Qısa zamanda bina boşaldılıb, işçilər təxliyə edilib. “Bəzi əməkdaşlar qəlpələrdən yüngül xəsarət alıb, qumbaranı partladan şəxs həbs edilib”, – KİV-də qeyd olunub.

Cəlilabadda BƏDBƏXT HADİSƏ – Xəstəxanaya çatdırılsa da…

alfonsonri

Cəlilabad sakinini arı sancıb. Dogrusoztv.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Alar kəndində baş verib. Adil Rzayev arılara qulluq edərkən, arı təknəsinin üstünə yıxılıb. Bu zaman arılar ona hücum edib. A.Rzayev Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinı baxmayaraq arıçı xəstəxanada dünyasını dəyişib. Ilkin ehtimala görə A.Rzayevin ölümünə səbəb arı […]

Məktəblər sentyabrın 1-i açıla bilər? – VİDEO

alfonsonri

Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi bir fikir geniş müzakirə mövzusuna çevrilib. Söhbət məktəblərdə dərslərin sentyabrın 1-i başlamasından gedir. Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır. Ekspertin fikrincə, dünya ölkələrində dərslər havanın temperaturuna […]

Günün qoroskopu: Səxavətli olun, hədiyyə verin, səmimi davranın

alfonsonri

Qoç – Sizi sürprizlə bahəm, tələ də gözləyə bilər. Gözləntilərinizin çox olduğu situasiyalarda diqqətli davranın. Dostlarla görüş, romantik münasibətlər nəzarətdə olmalıdır.Başqalarının işlərinizə müdaxiləsinə, sizin əvəzinizə danışmasına və ya nə isə etməsinə imkan verməyin.Evlə bağlı tədbirlərlə ailə üzvləri birləşərək həmrəy olacaqlar. Günün ilk yarısında başladığınız mühüm işi günün ikinci yarısında mütləq başa […]

Vilnüsdə İlham Əliyevin Litvanın baş naziri ilə görüşü olub – YENİLƏNİB + FOTO

alfonsonri

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri İnqrida Şimonite ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib. 16:09 Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Litva prezidenti: “Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”

alfonsonri

“Biz Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”. “Report”un Vilnüsə ezam olunan müxbiri xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bildirib. “Bu gün biz sağlam ikitərəfli əlaqələrimizə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanlar tapmaqda maraqlıyıq. Azərbaycanı nəhəng enerji potensialına və şaxələndirmə istəyinə malik olan, […]