Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 107 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu […]
De Byazidən 0:5 hesablı məğlubiyyətdən sonra qəribə açıqlama: “Əla oyun göstərdik”
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində səfərdə İsveçə qarşı məğlubiyyəti şərh edib. Canni De Byazi , 0:5 hesabı ilə uduzduqları matçdan sonra təşkil edilən mətbuat konfransında bunları deyib: “İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi. İkinci topdan sonra […]
Ermənistan əbədi bədbəxtliyə doğru: Əliyev-Paşinyan görüşü olacaqmı? – TƏHLİL
Cənubi Qafqazın perspektiv xəritələrində Ermənistanın coğrafi cəhətdən dar bir nöqtəyə yerləşdirilməsi gözlənilir. Hər halda, Ermənistan Qərbə yol alıb yüz illərlə qidalandığı Rusiyadan qaçdıqca onun üzərindəki qara buludlar sıxlaşır. Rusiya Ermənistanı cəza stulunda oturtmaq istəyən planın müəllifidir, lakin əlində yüz illərdir saxladığı erməni kartını da yerə qoymaqdan çəkinmir. Ya zəlzələdən, ya […]
Ermənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI
Azərbaycan Ordusunun 25 mart tarixində qanunsuz erməni hərb birləşmələrinə qarşı gördüyü əlavə tədbirlər nəticəsində, separatçıların silah-sursat daşıdığı torpaq yol da nəzarətə götürülüb. Sarıbaba dağı ətrafındakı 2054 metr hündürlüyündə yüksəkliyin nəzarətə götürülməsindən sonra, Turşsu-Xəlfəli yolu separatçıların hərəkəti üçün tamamilə bağlanıb. Qeyd edək ki, sözügedən torpaq yol vasitəsilə qanunsuz erməni birləşmələri 25 […]
Azərbaycanda siqaret yenidən bahalaşdı
“Adi bir vətəndaş kimi, istənilən qiymət artımına münasibətim mənfidir. Özüm də siqaret çəkənəm deyə, bu qiymət artımını hiss edəcəyəm”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib. O, Novruz tətili günlərində paytaxt marketlərində, habelə köşklərdə siqaret qiymətlərinin qalxmasının səbəblərindən söz açıb. R. Quliyevin sözlərinə görə, qiymət artımının […]
Rusiyalı ekspertlər: “Ermənistanın Putinin həbsi qərarını qanuni sayması Rusiya üçün təhqirdir” – VİDEO
Ermənistan Konstitusiya Məhkəməsinin Haaqa məhkəməsinin Vladimr Putinin həbsi ilə bağlı qərarını ölkə konstitusiyasına uyğun hesab etməsi Rusiyada etirazla qarşılanıb. Kremlin sözçüsü Dmitri Peskov təfərrüata varmadan Ermənistanın məlum qərarının rəsmi İrəvanla müzakirə olunacağını açıqlasa da, ekspertlər Ermənistanın bu addımını Rusiya üçün təhqiredici və xəyanət hesab edirlər. Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru […]
Aprelin 2-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərə (şagirdlərə) müraciət edib. DİM-dən bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək. “İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli […]
Sabah bəzi yerlərdə yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi […]
Mədət Quliyevə yeni müavin TƏYİN EDİLDİ – FOTO
Müdafiə sənayesi naziri Mədət Quliyevə yeni müavin təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, nazir müavini vəzifəsinə Vüqar Valeh oğlu Mustafayev təyin edilib. Qeyd edək ki, Vüqar Mustafayev bunadək “Paşa Holding”də çalışıb.
Azərbaycan Ordusu Qarabağda lokal əməliyyatlar keçirəcək – AÇIQLAMA
“Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri möhtəşəm bir əməliyyat həyata keçirdi və Laçın yoluna alternativ olan bütün yolları nəzarətə götürdü. Söhbət həmin yollarda aparılan tikinti işlərinin dayandırılmasından gedir”.Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, artıq həmin yollarla Qarabağa və Xankəndinə daşınan hərbi yüklər, eləcə də digər texnikalar geriyə, […]