Prezident İlham Əliyev Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) […]
Şəhid ailələri və veteranlar üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır
Aprelin 1-dən Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” fəaliyyətə başlayır. Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 […]
“Maşını İlham Əliyevə çatdırmaq üçün vaxt təyin etdik” – Türkiyəli nazir
““TOGG” avtomobili ilk sifarişçilərinə təqdim ediləcək”. Dogrusoztv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, “TOGG”u ilk sifariş verən Prezident Rəcəb Tayyib Ərdoğana bazar ertəsi avtomobili təhvil veriləcək. “Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş vaxtı təyin etdik. […]
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Türkiyə Finlandiyanın NATO-ya qəbuluna razılıq verdi
Türkiyə Böyük Millət Məclisi mart ayının 31-də Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya edib. Bu bardə parlament sədrinin müavini Heydər Akar səsvermənin nəticələrini açıqlayarkən bildirib. Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması haqqında protokolun ratifikasiyası üçün yetərsay – 276 səslə qəbul edilib. Türkiyə alyansın sonuncu üzvü olaraq bu məsələyə […]
Fazil Mustafanın SON DURUMU
Martın 28-də yaşadığı evin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın son durumu məlum olub. Bu barədə “Unikal”a açıqlamasında Fazil Mustafanın köməkçisi Əjdər Əliyev məlumat verib. Onun sözlərinə görə, deputatın vəziyyəti qənaətbəxşdir: “Səhhəti yaxşılaşmağa doğru gedir. Ayağındakı yara artıq sağalıb. Yaxın günlərdə evə buraxılacağı gözlənilir”.
Lavrov iranlı həmkarına hörmətsizlik etdi: “Nə gözləyirdiniz?” (VİDEO)
Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskvaya səfəri zamanı ona qarşı hörmətsizlik edilib. Dogrusoztv.az İran KİV-ə istinadən xəbər verir ki, nazir rusiyalı həmkarı Sergey Lavrovun onu qarşılaması üçün Rusiya Xarici İşlər Nazirliyinin binasının qarşısında avtomobilində xeyli gözləyib. Lakin Lavrov onu qarşılamağa çıxmayıb. Abdullahiyan XİN binasına daxil […]
“Bilirəm ki, Prezidentin bu məsələlərdən xəbəri yoxdur”
“Hamı bilir ki, 4 il əvvəl Prezident mənə ev hədiyyə etmişdi. Prezidentin nümayəndəsi məni evlə tanış etdi, gördüm ki, ev hələ tam tikilməyib”. Bu sözləri Xalq artisti Ənvər Həsənov Musavat.com-a açıqlamasında deyib. “Dedilər ki, 3 ay sonra yenə gəlib baxarsan. 6 ay, 9 ay, 1 ildən sonra getdim, gördüm ki, […]
Xankəndi-Laçın yolundakı aksiyanın 110-cu günüdür
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 110 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu […]
Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi […]