“Buraxılış siniflərində davamiyyət müəyyən mənada aşağı olur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, burada məktəblərin üzərinə müəyyən məsuliyyət düşür: “11-ci siniflərdə tədris müddətinin son aylarında şagirdlərdə maraq yaratmalıdır ki, onlar məktəbə gəlsinlər. Düşünürəm ki, məktəblər şagirdlərlə daha sıx işləməlidir. Buraxılış imtahanlarının tez […]
Prezidentin dəvəti ilə Bakıya gəldilər – Fotolar
İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycana gəlib. Bakıya gələn nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü daxildir. Səfər çərçivəsində qonaqların Bakıda bir […]
Prezidentdən Urxan Ələkbərovla bağlı – Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda elm və təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Urxan Kazım oğlu Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, sabah U. Ələkbərovun 80 yaşı tamam olur.
“Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib. Görüş zamanı dövlət başçısı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana […]
Son günlər yayılan virusdan necə qorunmalı?
Son günlər insanlar arasında yayılan soyuqdəymə uzun müddət sağalmaması ilə insan orqanizmini məhv edir. Bununla mübarizə aparmaq üçün immuniteti gücləndirmək vacibdir. Dərmanlarla yanaşı türkəçarə də edilməlidir. Soyuqdəymə, boğaz ağrısı zamanı aşağıdakıları etmək yaxşıdır: Qaba 2 xörək qaşığı quru nanə və 1,5 stəkan su qoyun. Xırda doğranmış yarım limonun qabığı ilə […]
Alla Puqaçovanın qəsri dünyada ən böyük morqa çevriləcək – FOTO
Alla Puqaçova və Maksim Qalkinin Rusiyanın Qryaz kəndindəki qəsri Sankt-Peterburqdan olan şoumen Stas Bareski tərəfindən satın alınıb. Bareski qəsri 450 milyon rubla aldığını bildirib. Onun sözlərinə görə, ulduz ailənin pula ehtiyacı olub, ona görə də İsrail və Baltikyanı ölkələrdə aparılan danışıqlar zamanı tezliklə alqı-satqı ilə bağlı razılaşmanın əldə edilməsinə tələsiblər. […]
Mehriban Xanlarova: “Demirəm ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub”
“Onunla çox yaxın, səmimi münasibətimiz olmayıb. Ancaq ölən insana sayğı duymaq lazımdır. Bu, o demək deyil ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub. Yox… Hər bir insan kimi onun da yanlışları olub. Artıq dünyasını dəyişib. Bundan sonra nə fayda?” Bu sözləri Axsam.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa […]
İtaliya Prezidenti: “Ukrayna ən qısa zamanda Aİ-yə daxil olacaq”
Ukrayna Avropa İttifaqına üzvlük meyarlarına cavab vermək üçün islahatlar aparır. Ölkənin birliyə daxil olması yaxın gələcəkdə baş tuta bilər. Bunu İtaliya prezidenti Sercio Mattarella Romada Ukraynanın baş naziri Denis Şmıqalla görüşündə deyib. “İtaliya Ukraynanın ən qısa zamanda Avropa İttifaqına qoşulacağına qəti əminliyini ifadə edir”, – deyə o, Ukrayna hökumətinin üzvlük […]
Türkiyə XİN-dən Ermənistana xəbərdarlıq: “Qətiyyətlə qınayırıq”
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda Osmanlı hərbi – siyasi liderlərinin və Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş abidənin açılışını kəskin şəkildə pisləyib. “Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi liderlərinə, o cümlədən dövrün Azərbaycan rəsmilərinə və hətta bəzi erməni əsilli Osmanlı vətəndaşlarına qarşı sui-qəsdlərin səbəbkarlarına həsr olunmuş “Nemesis […]
Məşhur meyxanaçının məhkəmə işi: “İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracam”
Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər Mehdiyevin hüquqi varisi qismində tanınan şəxsin kimliyi məlum olub. Mərhumun qardaşlarından biri Etibar Mehdiyev zərərçəkmişin hüquqi varisi kimi işə cəlb edilib. Belə ki, Rəşad Dağlı ilə görüşməzdən əvvəl İskəndər Mehdiyevin yanında məhz Etibar Mehdiyev olub. Onların telefon danışıqlarına şahidlik edib. “Qafqazinfo” E.Mehdiyevin ibtidai […]