Əmək Məcəlləsində edilən dəyişikliklərə uyğun olaraq yeni güzəştlərin tətbiqi mexanizmi hazırdır. Belə ki, yeni dəyişikliklərlə işğaldan azad olunan ərazilərmizdə – Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, eləcə də güzəştlərin tətbiqini nəzərdə tutulur”. Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, peşə, orta ixtisas və […]
Sabah bəzi yerlərdə yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa […]
Audiovizual Şura bu telekanallara xəbərdarlıq etdi
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda növbəti iclası keçirilib. İclasda “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı”na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar və […]
İlham Əliyev və xanımı türkiyəli idmançılarla görüşdülər
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Ekofəallar aksiyanı müvəqqəti dayandırdı
Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiyanın iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçirilib. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib. Görüşdə Azərbaycan Respublikası […]
Prezident və xanımı Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla söhbət ediblər
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva ilə bir dövrdə çalışmış oftalmoloqlarla çay süfrəsi arxasında söhbət ediblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya dollardan tam imtina etdi – Nazir
Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin valyutalarından (dollar) demək olar ki, tamamilə imtina edib. Bunu Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev deyib. “Heç kimə sirr deyil ki, rublla hesablaşmalar praktiki olaraq transsərhəddir”, – o bildirib. Nazir müavininin sözlərinə görə, transsərhəd hesablaşmalar hələ də rubl-avro cütlüyündə aparılır, lakin tədricən onlar […]
Moldova Putinin girişinə qadağa qoydu
Moldova hakimiyyəti Vladimir Putinə girişi qadağan edib. Baş nazir Dorin Recean bildirib ki, prezident respublikaya buraxılmayacaq Rusiya rəsmiləri siyahısındadır. “Siyahı var və təkcə Moldovaya girişi qadağan olunanların deyil. Bu açıq siyahı deyil, bizim müvafiq orqanlarımızda var. Bu siyahıya daxil olanlar ölkəyə giriş qadağası ilə tanış olacaqlar. Amma onların çoxu bu […]
Akar: “Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir”
Erməni tezisini dəstəkləyən dövlətlərin məqsədi Türkiyənin qarşısını almaqdır. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Kayseri Universiteti Konqres və Mədəniyyət Mərkəzində keçirilən “Erməni Problemi Konfransı”nda çıxışı zamanı deyib. O, bildirib ki, 1915-ci il hadisələrindən siyasi məqsədlər üçün istifadə olunur. “Erməni tezisini dəstəkləyən ölkələrin əsas məqsədi türkiyəyə zərər verməkdir, Türkiyənin böyüməsinə və […]
Zərifə Əliyevanın 100 illik yubileyidir
Aprelin 28-i görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümüdür. Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri […]