Prezident və birinci xanım Ağdama GETDİ

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, […]

Hadisə günü anası da orada olub – 7 yaşlı Fəridin atası

alfonsonri

“Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırısın…” Bu fikirləri News24.az-a açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib. O, açıqlamasında bəzi detalları qeyd edib: “Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və […]

Hacı Şahinin yerinə TƏYİNAT

alfonsonri

Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. İmam vəzifəsinə Əli Şərbətov təyinat olub. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, Məşədi Dadaş məscidinin imamı hacı Şahin Həsənli martın 2-də vəfat edib.

Laçın sərhəd məntəqəsində rentgen aparatı qoyuldu – FOTO

alfonsonri

Laçın sərhəd nəzarət -buraxılış məntəqəsində rentgen aparatı qoyulub. Bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb. Bildirilib ki, Britaniya istehsalı olan mobil rentgen aparatı Ermənistandan Azərbaycana daxil olan yüklərin yoxlanması üçün istifadə olunacaq. Qeyd edək ki, Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçid təmin olunur. […]

“Mehman Xəlilov cüdo idman növü üzrə məşqçi deyil” – Azərbaycan Cüdo Federasiyası

alfonsonri

Azərbaycan Cüdo Federasiyası Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı yayılan xəbərdə cüdo idman növünün adı çəkilir və bununla əlaqədar kütləvi informasiya vasitələrindən Azərbaycan Cüdo Federasiyasına (ACF) […]

Ceyhun Bayramovla Mirzoyanın görüşündən – Fotolar

alfonsonri

Xəbər verdiyimiz kimi, mayın 1-də ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ​Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Blinken tviter hesabında görüşdən paylaşım edib. “Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bizim yeni Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris […]

Azyaşlını “Mustang”la vurub öldürən polis HƏBS EDİLDİ

alfonsonri

Ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili ilə ana və oğlunu vuran polis zabiti həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş açılan Xızı […]

Sabiq bələdiyyə sədrinə cinayət işi AÇILDI

alfonsonri

Xaçmazda sabiq bələdiyyə sədri barəsində cinayət işi açılıb. Bu barədə Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə […]