Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb. Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım […]
Azərbaycan və Türkiyə yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə edib
Azərbaycan və Türkiyə yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə edib Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Azərbaycan HDQ-nin qərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi və […]
“Qarabağ” dünya futbol reytinqində üç pillə geriləyib
“Qarabağ” dünya reytinqində üç pillə geriləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 187,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 65-ci sıraya düşüb. “Sabah” (87,25 xal) 276-cı mövqedən 252-yə, “Zirə” (70,5 xal) 387-dən 360-a qalxıb. “Araz-Naxçıvan” 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib. Qeyd edək […]
Tramp: Avropa liderləri Zelenski ilə birlikdə həftəsonu mənimlə görüşmək istəyirlər
“Avropa liderləri həftəsonu ABŞ-ın “sülh planı” ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ nümayəndələri ilə birlikdə “vacib məsələləri” müzakirə etmək istəyirlər”. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı danışıb. Trampın sözlərinə görə, görüşdən əvvəl Avropa tərəfdaşları bir sıra məqamları dəqiqləşdirmək istəyirlər. ABŞ-ın dəvəti qəbul edib-etməyəcəyinə […]
Bakıda neft quyusu yaxınlığında yanğın olub
Bakıda neft quyusu yaxınlığında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Suraxanı rayonunda 1 ədəd elektrik lövhəsi və 1 paq.m kabel yanıb. Yaxınlıqdakı neft quyusu yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunun oyunları keçiriləcək
UEFA Avropa Liqasının əsas mərhələsində bu gün V turun oyunları keçiriləcək. Türkiyənin “Fənərbağça” klubu səfərdə Norveç təmsilçisi “Brann”la qarşılaşacaq. “Roma” isə səfərdə “Seltik”lə üz-üzə gələcək. UEFA Avropa Liqası Liqa mərhələsi, VI tur 11 dekabr 21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Betis” (İspaniya) 21:45. “Ferentsvaroş” (Macarıstan) – “Reyncers” (Şotlandiya) 21:45. “Yanq Boys” […]
İlham Əliyev Keniya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev keniyalı həmkarı Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq […]
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası təsdiqlənib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, icrası davam etməkdə […]
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib
Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Bakının iki rayonunun qazı KƏSİLƏCƏK
Sabah Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın […]