DYP-dən sürücülərə ÇAĞIRIŞ

alfonsonri

Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsindək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə aparılan təmir bərpa işlərini nəzərə alıb 25-26 fevral tarixlərində həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru […]

Laçın-Xankəndi yolundakı aksiyanın 76-cı GÜNÜ

alfonsonri

Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi ekoaksiya 76 gündür davam edir. Aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıb, milli ruhda mahnılar ifa ediblər. Aksiyanın məramı əvvəlki kimi […]

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

alfonsonri

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının geniş tərkibdə iclasını keçirib. Dogrusoztv.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, iclasda şura üzvləri ilə yanaşı, ölkə Prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan da iştirak edib. İclasda gündəliyin müxtəlif məsələləri müzakirə olunub.

Əcnəbilərə Azərbaycanda yaşamaq üçün icazənin verilməsi şərtləri dəyişir

alfonsonri

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) halların dairəsi genişləndirilir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. Belə ki, qeyd olunan hallar sırasına aşağıdakı hallar da daxil edilir: – Ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi […]

Şarl Mişel İlham Əliyev və Paşinyana dəvət göndərdi

alfonsonri

Avropa Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycana Brüsseldə danışıqlar aparmaq üçün dəvət göndərib.  Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı bildirib. ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, onun məlumatına görə, tərəflər Brüsseldə görüş keçirmək üçün dəvət edilib və onlara bu imkan verilib. “Nəhayət, tərəflərin […]

Zəlzələdə həlak olanların ailələrinə maddi yardım göstərilir – Mehriban Əliyevadan TAPŞIRIQ

alfonsonri

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir. Çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da var idi. Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda […]

Bakıda kişi məktəbin həyətində ÖZÜNÜ YANDIRDI

alfonsonri

Bakı şəhərində 27 yaşlı kişi intihar edib. Dogrusoztv.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü M.S. 293 saylı orta məktəbin həyətinə gəlib və orada özünü yandıraraq intihar edib. Onun ruhi-əsəb dispanserində qeydiyyatda olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xocalı prospektində yollar bağlanacaq

alfonsonri

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə saat […]

“”Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz” – Deputat

alfonsonri

“Bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir”. Bunu […]

Şənbə gününə olan hava proqnozu

alfonsonri

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin 24-dən 25-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. […]