“Dini komitə və Allahşükür Paşazadənin idarəsi ciddi səhvlərə yol verib”

alfonsonri

“Müəyyən agentura şəbəkəsinin Azərbaycanda strukturlaşması, uzun illər boyu din və ideoloji sahələrdə kök salması bizim bu sahəyə diqqətimizin az olmasının nəticəsidir. Bu işlərlə məşğul olmalı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şeyxülislam Allahşükür Paşazadənin idarəsi çox ciddi səhvlərə yol veriblər”. Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib […]

Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır

alfonsonri

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən “Unikal”a verilən məlumata görə, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı arzuolunmaz şəxs elan edildi – RƏSMİ

alfonsonri

6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran […]

Şimşək çaxacaq, dolu düşəcək – SABAHIN HAVASI

alfonsonri

Aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti […]

20 nömrəli məktəbdə 10-a yaxın şagird zəhərləndi – Yenilənib

alfonsonri

Bakıda məktəblilər arasında zəhərlənmə olub. Zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb. İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb. Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, 20 nömrəli orta məktəbdə 10-a […]

“Zır kayfdayam bu gün”, “Ley-pey olmuşam”, “Ay yetim”… – Zərərli mahnıların siyahısı

alfonsonri

Zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib. Siyahı “Mahnılarımız monitorinq aynasında” adlı kitabda öz əksini tapıb. Həmin mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Həmin mahnı nümunələri aşağıdakılardır: “Unikal”

Keçmiş Əbu Bəkr məscidi yaxın zamanda fəaliyyətə başlayacaq

alfonsonri

Nərimanov rayon Cümə məscidi (keçmiş Əbu Bəkr məscidi) yaxın zamanda fəaliyyətə başlayacaq. Dogrusoztv.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, məsciddə təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir və məscidin yaxın zamanlarda açılışının olması […]

Bəzi mahnılar qadağan olunsun! – TƏKLİF

alfonsonri

“Bu gün internet resurslarında təbliğ olunan bəzi bayağı mahnılar Azərbaycanın böyüməkdə olan nəslinə çox böyük ziyan vurur”. Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu mahnıların yayımlanmasının qarşısı alınmalıdır. S.Əliyeva söyləyib ki, ən vacib məsələ isə televiziya və radiolarda bu […]

Kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsi açıqlandı – SİYAHI

alfonsonri

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması […]