Laçında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.Bu barədə “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.
Zakir Həsənov Laçında onları qəbul etdi – Fotolar
Bu gün Laçın şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munir ilə görüşüb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Pakistanlı qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirən nazir onu “feldmarşal” ali hərbi rütbəsi alması münasibətilə təbrik edib. Z.Həsənov dost […]
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda – Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğanın Laçında qarşılanma mərasimi olub – YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçında qarşılama mərasimi olub. “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Laçın beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. 11:09Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş […]
Ukraynanın Azərbaycandakı səfiri Müstəqillik Günü münasibətilə paylaşım edib
Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Müstəqillik Günün mübarək Azərbaycan! Ukrayna strateji tərəfdaşlığımızı, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi qiymətləndirir. Azərbaycan xalqına sülh, rifah və birlik arzulayıram”, – paylaşımda vurğulanıb.
Hədəfi bəlli 107 yaşlı Müstəqil Azərbaycan – dost da, düşmən də dəyişməyib – ŞƏRH
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) zaman ötsə də, yaşının üstünə yaş gəlsə də, sanki ölkə ictimaiyyətinə, vətəndaşlarına daha da yaxınlaşır. Yeni nəsil onu dəyərləndirdikcə o da gəncləşir.Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci illiyi, Azərbaycanın Müstəqilliyi günüdür. İllər keçsə də, bu milli dövlətin qurucuları, yaradılması, tarixi şəraiti və başqa bu kimi […]
Qəbələnin Nohurqışlaq kəndində qaz kəsiləcək
Qəbələ rayonunun Nohurqışlaq kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, kənd ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Mehdiyev Elvin Telman oğluna məxsus torpaq sahəsindən keçən D=108 mm-lik aşağı təzyiqli qaz xəttinin və Şabəddinov Mansur […]
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 may – Müstəqillik Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.Paylaşımda deyilir: “Əziz həmvətənlər!Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!”
ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
ABŞ Dövlət katibi Marko Rubio 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən təbrikdə deyilir. “Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. ABŞ Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib […]
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib. Paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb: “28 May – Müstəqillik Günü”.