Naxçıvanda daha bir nazir və müavini İŞDƏN ÇIXARILDI

alfonsonri

Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar […]

Prezidentdən həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

alfonsonri

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı […]

Ruslar Xersona hücum etdi – Ölənlər var

alfonsonri

Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib. Dogrusoztv.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.

İlham Əliyevdən “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarına MÜRACİƏT

alfonsonri

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli Konqres iştirakçıları! Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş alimləri “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram. Builki Konqresin xalqımızın […]

Sinan Oğanın həyat yoldaşı kimdir?

alfonsonri

Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 5 faizdən artıq səs toplayaraq seçki üçüncüsü olub. Onun və ailəsi haqqında bəzi məlumatları təqdim edirik. 1966-cu ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçıdır. Keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. […]

“Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik” – Paşinyan

alfonsonri

“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib. O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar. Qeyd edək […]

Türkiyə səfiri Azərbaycanda səs verdi – YENİLƏNİB

alfonsonri

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı səs verib. Bu barədə səfir tviter hesabında paylaşım edib. “Ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm”, – deyə o qeyd edib. 08:50 Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Mayın 20-də Bakı vaxtı ilə […]

Tovuzda 13 yaşlı qız itkin düşdü

alfonsonri

Tovuzda yeniyetmə qız itkin düşüb. “Unikal”ın məlumatına görə, 2010-cu il təvəllüdlü Tağıyeva Əfsanə Mətləb qızı yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb. Tovuz RPŞ-nin Təhqiqat bölməsində ilkin araşdırma aparılır.

“Günay Bank” müflis elan edildi

alfonsonri

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC müflis elan edilib. Dogrusoztv.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək. Xatırladaq ki, […]