Azərbaycanda media subyektlərinin vergilərdən azad edilməsi təsdiqləndi

alfonsonri

Azərbaycanda media subyektləri vergilərdən azad edilib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən […]

Qanunsuz erməni silahlı birləşmələri Xankəndi yolu ilə nə daşıyır? 

alfonsonri

Qarabağda Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edir. Bu barədə “Caliber” teleqram kanalında məlumat yayıb. Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir çadırlı “Ural” və su çəni olan “KamAZ”, sütunun sonunda isə BTR-82A hərəkət […]

Prezident yeni səfirin etimadnaməsini qəbul etdi – FOTO (YENİLƏNİB)

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib. Səfir Ruslan Stoyanov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham […]

Milli Məclis Mehriban Əliyevanı təbrik etdi

alfonsonri

Milli Məclis 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Parlamentin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın. Deputatlar sədrin təklifini dəstəkləyiblər.

Azərbaycanda qadınlar kişiləri bu göstəricidə üstələyir

alfonsonri

2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub. Bu barədə  Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə […]

8 Martda hava necə olacaq?

alfonsonri

Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. […]

Nərimanovda aparatdan 29 min manat oğurlandı – Kameraya düşdü

alfonsonri

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Dogrusoztv.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov […]

“Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir” – Səbinə Əliyeva

alfonsonri

Dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman Səbinə Əliyeva deyib.  Onun sözlərinə görə, eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir.  “Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”, – deyə S.Əliyeva […]

Feministlərin 8 Mart yürüşünə icazə verilmədi

alfonsonri

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) feminist fəalların martın 8-də Bakıda yürüş keçirməsinə icazə verməyib. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, müraciətdə bildirilib ki, qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsinə icazə verilsin. Bakı şəhər İcra Hakimiyyəti yürüş keçirilməsini yer baxımından məqsədəuyğun saymayıb.