III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq. Şəhərin İdman Sarayında üzgüçülük yarışları davam edəcək. III MDB Oyunlarının paytaxtı seçilən şəhərdə həmçinin voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək. Şəkidə çövkən yarışının təsnifat mərhələsinin növbəti matçları keçiriləcək. A qrupunda […]
Bu gün Milli Məclisin payız sessiyası başlayır
Bu gün Milli Məclisin 2025-ci il payız sessiyası işinə başlayır. Sessiyanın ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib. Qeyd edək ki, parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi: “Bütün ailəmiz kədərlənir” – FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: “Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk. Allah rəhmət eləsin!”
Kolleclərə qəbulun nəticələri elan olundu
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil […]
Azərbaycanda bu hərbçilərin yaş həddi ARTIRILIR
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib. İclasda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik müzakirə edilib. Layihələrə əsasən, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir […]
Prokurorluqda qulluğa qəbulla bağlı imtahan keçiriləcək
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 10-da keçiriləcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli […]
Cabir İmanovun vəfatı ilə əlaqədar RƏSMİ AÇIQLAMA
Əməkdar artist Cabir İmanov vəfat edib. TƏBİB-dən bildirilib ki, 29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım […]
SON DƏQİQƏ! Cabir İmanov vəfat etdi
Əməkdar artist Cabir İmanov vəfat edib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. (Mənbə: qafqazinfo)
Rafiq Məmmədhəsənov “Əmək” ordeni ilə təltif edilib
Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın […]