Bakıda 36 yaşlı turist qəfil öldü

alfonsonri

Bakıda qonaq olan hindistanlı turist qəfl vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Azərbaycana turist kimi gəlmiş Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Boljinder Singhin səhhəti qəfil pisləşib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq B.Singh vəfat edib. Faktla bağlı araşdırma aparılır.

“Anadolu Qartalı – 2023”dən növbəti – Video

alfonsonri

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi davam edir. Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, təlimin növbəti günündə plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər. Birgə əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şərti düşmənin hava hücumundan […]

Nazir daha 2 polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI

alfonsonri

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib. Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara […]

Bakıda DƏHŞƏT: Söyüşə görə qonşusunu baltaladı

alfonsonri

Bakıda kişi qonşusu tərəfindən baltalanıb. “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu 1977-ci il təvəllüdlü, Məmmədzadə Namiq Mövsüm oğlu ilə aralarında olan telefon danışığı zamanı sonuncunun ona söyüş söyməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonu […]

Şabran Rayon İcra Hakimiyyətində YOXLAMALAR APARILIR

alfonsonri

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır.Şabran Rayon İcra Hakmiyyəti başçısının birinci müavini Hüseyn İlyasov qurumda yoxlama aparıldığını təsdiqləyib.

Azərbaycan XİN-dən Fransaya CAVAB

alfonsonri

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib. Bu barədə XİN-in məlumatında deyilir. “Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində […]

Prezidentə Tuğ kəndindəki turizm layihələri barədə məlumat verilib

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər. Dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verildi. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, Agentlik Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə – tarixi-memarlıq […]

Ermənilər Laçında traktoru ATƏŞƏ TUTDU – FOTO

alfonsonri

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

“Qurtuluş 93” şirkətinin sədri HƏBS EDİLDİ

alfonsonri

“Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaq zamanı Hüseyn Əsgərovun qeyd olunan vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin […]