Prezident və birinci xanım Şuşada bir sıra tədbirlərdə iştirak ediblər

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham […]

“Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır” – Prezident

alfonsonri

Baxmayaq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, Sovet hökumətinin […]

İlham Əliyev: “Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir”

alfonsonri

“Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik”. Bu sözləri Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib. “2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev […]

Azərbaycan Prezidenti: “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır”

alfonsonri

“Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam”. Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib. “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad […]

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım etdi

alfonsonri

Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib.Paylaşımda deyilir: “Heydər Əliyevin nurlu xatirəsinə 10.05.2023. Şuşa. Əsrarəngiz və bənzərsiz Şuşa. Ağaclar sıx çətirli, hava təmiz, şəffaf, nəfəs sanki həyatverici eliksir kimidir. Səma son dərəcə mavidir. Daş döşənmiş dar küçələr. Yerlə-yeksan olmuş evlər, dağıntılar, amma […]

Bakıda yataqxanada partlayış olub – 1 ölü, 2 yaralı

alfonsonri

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində […]

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

alfonsonri

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil […]