Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola […]
“Xocəsən” metro stansiyası istiqaməti üzrə avtobuslar istifadəyə verildi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan-“Xocəsən” metro stansiyası-Ceyranbatan, Masazır-“Xocəsən” metro stansiyası-Masazır müntəzəm avtobus marşrutlarını istifadəyə verib. Marşrutlar Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), […]
Qonşunun evini 58 min manata “satdı”, həbs edildi
Bakıda qonşusunun evini öz evi kimi təqdim edərək satışa çıxaran şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 1978-ci il təvəllüdlü İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, İlqar Sabunçu […]
Türkiyədə seçkilərə hazırlıq başa çatıb
“Türkiyədə parlament və prezident seçkilərinə hazırlıq başa çatıb”. Bunu Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener bildirib Onun sözlərinə görə, seçki məntəqələrində bütün təhlükəsizlik tədbirləri görülüb. TRT Haber
Prezidentdən Elçin Əfəndiyevlə bağlı SƏRƏNCAM
Elçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, mayın 13-də Elçin Əfəndiyevin 80 yaşı tamam olur.
Şənbə günü şimşək çaxacaq, dolu düşəcək
Mayın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° […]
Milli Məclisin xüsusi iclası keçiriləcək
Milli Məclisdə Ümumilli Lider Heydər Əliyevə həsr olunan xüsusi iclas keçiriləcək. Bu barədə spiker Sahibə Qafarova parlamentin iclasında məlumat verib. MM sədri bildirib ki, xüsusi iclas mayın 16-da olacaq.
Azərbaycan bu ölkə ilə qarşılıqlı viza rejimini ləğv edir
Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik […]
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətnində deyilir: “Hörmətli İlham Heydər oğlu! Bütün Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi atanız – dünyada dərin hörmət və ehtiram qazanmış görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu […]
“Təxribatın əsas məqsədi hazırda aparılan sülh danışıqlarının pozulmasıdır” – Spiker
“Törədilən təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. “Aydındır ki, təxribatın əsas məqsədi hazırda aparılan sülh danışıqlarının pozulmasıdır”. – deyə MM sədri bildirib.