Borel Ceyhun Bayramovla görüşündən YAZDI

alfonsonri

“Avropa İttifaqı Şurasının prezidenti tərəfindən təşkil olunmuş üçtərəfli toplantıların yenidən başlaması məmnuniyyətlə qarşılanıb. Nəticələr və gələcəyə yönəlik məsələlər müzakirə olunub və Aİ-Azərbaycan əlaqələri mövzusunda fikir mübadiləsi aparılıb. Aİ Cənubi Qafqazda qalıcı sülh və təhlükəsizliyə yönələn fəaliyyətlərini davam etdirir”. Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep […]

Ermənistan xüsusi xidmət orqanlarına işləyən şəxslər ifşa edildi – VİDEO

alfonsonri

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin […]

“Whatsapp”da yenilik – Söhbətlərə parol qoyulacaq 

alfonsonri

“Whatsapp” messencerində yeni funksiya istifadəyə verilib. Bu barədə messencerin sahibi Mark Zukerberq məlumat yayıb. Bildirilir ki, artıq messencerdə söhbətləri kilidləmək mümkün olacaq. Kilid üçün həm parol, həm biometrik (barmaq izi və s.) istifadə olunacaq. Bu, istifadəçilər arasında olan söhbətləri daha məxfi edəcək. Kilidlənmiş mesajlarda bildirişlər görünməyəcək. İstifadəçilər fərdi söhbətləri və ya bütün qrupları kilidləyə biləcək. […]

CHP-də XAOS BAŞLADI – Kılıçdaroğlu partiya üzvlərini niyə qəzəbləndirib?

alfonsonri

“14 may prezident seçkilərinin nəticələrinə görə, CHP lideri Kamal Kılıçdaroğlu rəqibi Rəcəb Tayyib Ərdoğandan 4,5 xal geri qalıb. Səs sayına görə prezident Ərdoğanla Kılıçdaroğlu arasındakı fərq təxminən 2,5 milyona bərabərdir. Girdiyi hər seçkidə uduzan Kılıçdaroğlu ətrafına topladığı yerli və xarici ortaqlarla birlikdə növbəti dəfə ağır məğlubiyyətə uğradı”. Bu fikirlər Türkiyənin […]

Günün qoroskopu: Fiziki işdə fayda var

alfonsonri

Qoç – aktiv və nikbin olun. Problemlər yaranarsa, onları dərhal çözməyə çalışın. Enerjiniz və səyləriniz, niyyət və məramınız nə qədər güclü olarsa, bir o qədər yaxşı nəticəyə nail ola bilərsiniz. Kollektitv tədbir, təqdimat, çıxış üçün yaxşı gündür.Fiziki işdə və aktiv çalışmaqda fayda var. Yaşam arealınızı qaydayas alın. Qısa müddətdə çox iş […]

Zakir Həsənov sərt cavab tədbirləri barədə tapşırıq verdi

alfonsonri

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər. Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu […]

Türkiyədə seçkilər ikinci tura qaldı – Bu tarixdə

alfonsonri

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener deyib. Seçkilərin ikinci turu mayın 28-i baş tutacaq. Səslərin hesablanmasına görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce […]

Naxçıvana hərbi prokuror təyin edildi

alfonsonri

Naxçıvana hərbi prokuror təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Aqil Axundova Naxçıvan hərbi prokurorunun vəzifəsinin icrası həvalə olunub. Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.

İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı

alfonsonri

Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb. Dogrusoztv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb.  Girovun məbləği açıqlanmayıb.  Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar. İttihamlara görə, onlar […]