Prokurorluq binasında intihar edən keçmiş polislə bağlı AÇIQLAMA

“Mingəçevir şəhər prokurorluğunun binasından özünü ataraq intihar edən Turalə Aslanovanın işi ilə bağlı araşdırma davam etdirilir”. “Report” xəbər verir ki, bunu Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandırarkən Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. Onun sözlərinə görə, bu işlə bağlı çoxsaylı dindirmə aparılır. Qeyd edək ki, iyulun 19-da Mingəçevir […]

“Ot kökü üstə bitər”: Mənsub olduğu nəslin üstün ali keyfiyyətlərini daşıyan gənc idmançı

Mayılzadə Əli Raul oğlu 13 yanvar 2009-cü il tarixdə Bərdə şəhərində anadan olub. Hələ 5 il əvvəl Bərdə şəhər 3 saylı tam orta məktəbin 4-cü sinfində oxuyanda Əlinin haqqında məqalə dərc olunmuşdu. Əlaçı kimi şəkli şərəf lövhəsində olmaqla yanaşı, fiziki hazırlığı da güclü olan Əlinin haqqında səkkiz yaşından etibarən məşğul […]

AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam-Xankəndi yoluna işıq çəkilib – FOTO – YENİLƏNİB

Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib. APA-nın Qarabağ bürosu xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilişi başa çatıb. Elektrik xətti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq “Ağdam-2” yarımstansiyasından çəkilib. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan […]

Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib

Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə […]

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən şəxs həbs edilib

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub. APA-nın xəbərinə görə, R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub. Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan APA-ya təsdiqləyiblər.

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Arayik Arutyunyan istefa verdi

Xankəndidə qanunsuz rejimin “rəhbər”i Arayik Arutyunyan istefa verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” yayıb. O bu barədə öz sosial şəbəkə hesabında da məlumat paylaşıb. Bununla yanaşı, “dövlət naziri” Qurqen Narsisyan da vəzifəsindən kənarlaşdırılıb. “Sabah öz vəzifəmdən istefa verdiyimi elan edəcəm. Bu yekun qərarı iki gün əvvəl vermişəm”, – deyə Arutyunyan qeyd […]

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, zəlzələ Cəlilabad stansiyasından 30 km cənub-şərqdə Masallı-Cəlilabad sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 baldan artıq, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

“Azərbaycan bütün imkanlarda, bölgədə sülhə və sabitliyə xidmət edən davamlı jestlərdən çəkinmir”-AÇIQLAMA

Vətən müharibəsindən sonra Azərbaycan prezidentinin təşəbbüsü ilə başlanan və səyləri ilə davam edən sülh prosesi bu günə qədər yalnız Ermənistanın qeyri-konstruktiv davranışları, qərbin regionda sülh və sabitlik əleyhinə fəaliyyətləri ilə ləngiyir. Cənab Prezident bu günə qədər bütün dialoqlara açıq olub. İstər Moskva prosesi, istər Brüssel və Vaşinqton proseslərində müzakirə mövzusu, […]

“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ: Qəti qadağandır…

“Sayğacdan sonra layihə-smeta sənədlərinə uyğun olaraq heç bir kəməri bağlı yerlə aparmaq olmaz. Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır”. Musavat.com xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Qurum rəsmisinin […]