Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə bu cəza verildi

alfonsonri

Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu ictimai yerlərdə nümayiş etdirən ata və iki oğlu məhkəmə qarşısına çıxarılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birinin sakini olan 1969-cu il təvəllüdlü V.Məmmədli (bütün ad və soyadlar şərtidir), onun 1997 və 1998-ci il təvəllüdlü iki oğlu Cinayət Məcəlləsinin 145-ci […]

AFFA “Neftçi”nin prezidentini cəzalandırdı

alfonsonri

AFFA İntizam Komitəsi “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb. Buna səbəb klub rəhbərinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələr olub. Buna görə, Kamran Quliyev Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat ziyana salıb. Ona […]

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

alfonsonri

Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri […]

Bu yollar gecə saatlarından bağlanacaq

alfonsonri

Aprelin 28-dən 30-dək baş tutacaq Formula 1 Bakı Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına davam edir. Bu səbəbdən aprelin 20-si gecə saat 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

alfonsonri

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq, ehtiram nümayiş etdirilib. Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas […]

Tovuzun dağ bulaqlarının suyu niyə azalıb? – Fotolar

alfonsonri

Tovuzun bulaqların suyunda bu il kəskin azalmalar müşahidə edilir. Bəzilərinin suyu ya tamamilə quruyub, ya da bəzi bulaqlarda su kəskin azalıb. Sakinlər bildirirlər ki, bulaq sularının borularla bəzi məkanlara, evlərə çəkilməsi bulaqların suyunun azalmasına səbəb olub. Hacılar kənd sakini Firudin Babayevin sözlərinə görə, bulaqların belə ciddi azalmasını xatırlamır. Bu il […]

Türkiyədə fabrik yandı – Ölən və yaralananlar var

alfonsonri

Türkiyənin Mersin şəhərində yerləşən mebel fabrikində güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsi zamanı fabrikin tavanı çöküb. Xilasedicilər dağıntılar altından bir yanğınsöndürənin meyitini çıxarıblar, daha 4 nəfər uçqun altında qalıb. Axtarış-xilasetmə işləri davam etdirilir. Yanğının səbəbi hələ ki məlum deyil. Mənbə: “TRT Haber” 

Laçın-Xankəndi yolundakı aksiya 130 gündür DAVAM EDİR

alfonsonri

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 130 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu […]

29 ildən sonra ilk: İsrailli nazir…

alfonsonri

İsrailin xarici işlər naziri Eli Kohen Türkmənistana tarixi səfər edib. Kohen 29 il sonra Türkmənistana səfər edən israilli nazir kimi tarixə düşüb. “Mən İranla sərhəddən 17 km aralıda İsrail səfirliyini açmağa, prezident və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməyə gəlmişəm. Türkmənistanla əlaqələr təhlükəsizlik və siyasi baxımdan böyük əhəmiyyət kəsb […]