Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

alfonsonri

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi may ayının 16-sı tarixinə nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə may pensiyaları ayın 10-da ödənilib.

Kılıçdaroğlu və Binali Yıldırım Oğanı təbrik etdi

alfonsonri

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binali Yıldırım “Ata İttifaqı”ndan prezidentliyə namizəd olan Sinan Oğanı təbrik ediblər. Dogausoztv.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlar ilk dəfə prezident seçkilərində iştirak edən Oğanın nəticəsini yüksək qiymətləndirib. Qeyd edək ki, hazırkı nəticələrə əsasən, Sinan Oğan […]

İlham Əliyev Ərdoğanı təbrik etdi

alfonsonri

Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın […]

Türkiyədə seçkilərin ilkin nəticələri – Ərdoğan irəlidədir+Canlı

alfonsonri

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır. Türkiyə Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edib. Belə ki, səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səslə irəlidədir. 35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ikinci, 5,21 […]

“Əsas problemimiz regionda özümüzü yad hesab etməyimizdir” – Paşinyan

alfonsonri

Əsas problemlərimizdən biri də odur ki, özümüzü regionda kənar hesab edirik. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Araqatsotn rayonunda məktəblilər və müəllimlərlə söhbəti zamanı deyib. “Yəni burada harmoniyadan daha çox ətraf mühitlə bağlı problemimiz var. Bizim vəzifəmiz ondan ibarətdir ki, real həyat sürək, Vətənimizi sevək, bu Vətən qarşısında məsuliyyət hiss […]

“Qarabağ” Azərbaycan çempionu OLDU

alfonsonri

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu bəlli olub. 31-ci çempionatın qalibi adına “Qarabağ” yiyələnib. Ağdam klubu XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. Komandanın heyətində 71-ci dəqiqədə Bəhlul Mustafazadə, 77 və 86-cı dəqiqələrdə isə Ramil Şeydayev fərqləniblər. Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur […]

Xızıda kişi qadın qohumunu boğaraq ÖLDÜRDÜ

alfonsonri

Xızıda qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Xızı rayon prokurorluğu məlumat yayıb. Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman […]

“Sabah” “Beşiktaş”la oyunda erkən qollar vurub – CANLI

alfonsonri

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub. Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib. 3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib. Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında xeyriyyə oyunu başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da […]