Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmədə bəzi zərərçəkənlərlə barışıq əldə olunub

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə bir neçə sənəd təqdim edilib.  […]

Hikmət Hacıyev və Kristofer Landau Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb. Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb. Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətləri, eləcə də regional məsələləri müzakirə ediblər.

Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Sebastyen Lekornunu Fransanın Baş naziri təyin olunması münasibətilə təbrik edib Bu barədə Paşinyan “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.    N.Paşinyan İrəvanın Parislə münasibətləri gücləndirmək istəyini də vurğulayıb: “Ermənistan Fransa ilə münasibətləri strateji tərəfdaşlıq istiqamətində gücləndirməyə davam etməkdə qərarlıdır”.

İsrailin Dohada HƏMAS əməliyyatı – istifadə müddəti bitən hərəkat – ŞƏRH

İsrail Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib. Belə ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs təklifini müzakirə edərkən HƏMAS qruplaşmasının iqamətgahına hücum olub. Həmin qərargahda qruplaşmanın xaricdəki qanadının lideri Xalid Məşaal, hərəkatın Qəzza zolağındakı başçısı Xəlil əl-Hayyə, təşkilatın İordan çayının Qərb sahilindəki dəstəsinin başçısı Zahir Cabar, HƏMAS şurasının başçısı […]

Prezident Bakıda açılışda – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. […]

Dohaya hücumda HƏMAS lideri öldürülüb? – Yenilənib

İsrailin Dohaya endirdiyi zərbə nəticəsində Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Hayya öldürülüb. Bu haqda “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. *** “Əl-Cəzirə”nin məlumatına görə, HƏMAS hərəkatının siyasi bürosunun üzvləri İsrail Müdafiə Qüvvələrinin Qətərin paytaxtına endirdiyi zərbədən sağ çıxıblar. Bildirilir ki, bura danışıqlar nümayəndə heyətinin rəhbəri və Qəzza zolağındakı hərəkatın lideri Xəlil […]

Müəllimlərin işə qəbulu üzrə müsahibənin apellyasiya nəticələri elan olunub

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.  Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb.   Müsahibələrdə uğur qazanan namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin […]

Ötən il üzrə dövlət satınalmalarında uyğunsuzluqlar aşkarlanıb

Ötən il Azərbaycanda dövlət satınalmalarında müqavilə qiymətləri ilə əvvəlcədən hesablanmış ehtimal olunan qiymətlər arasında kəskin fərqlər yaranıb. Bu barədə Hesablama Palatası məlumat yayıb. Belə ki, ötən il 1545 satınalma üzrə yekun protokol qiyməti ehtimal olunan qiymətdən 20-30% az olmaqla, bu müqavilələrin ümumi məbləği 533,6 milyon manat, fərq isə 172,1 milyon […]

Daxili qoşunlara ümumi nəzarəti Ali Baş Komandan edəcək

“Daxili Qoşunların hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Hazırda Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu gün keçirilən komitə […]