Müəllimlərin işə qəbulu üzrə müsahibənin apellyasiya nəticələri elan olunub

Oxunma vaxtı:34 Saniyə

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.  
Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb.  

Müsahibələrdə uğur qazanan namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.  

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Loading

Next Post

Dohaya hücumda HƏMAS lideri öldürülüb? - Yenilənib

İsrailin Dohaya endirdiyi zərbə nəticəsində Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Hayya öldürülüb. Bu haqda “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. *** “Əl-Cəzirə”nin məlumatına görə, HƏMAS hərəkatının siyasi bürosunun üzvləri İsrail Müdafiə Qüvvələrinin Qətərin paytaxtına endirdiyi zərbədən sağ çıxıblar. Bildirilir ki, bura danışıqlar nümayəndə heyətinin rəhbəri və Qəzza zolağındakı hərəkatın lideri Xəlil […]