Türkiyənin yerli elektromobili “Togg” Bakı vaxtı ilə 15:00-da Azərbaycan Prezidenti İlham Əliyevə təhvil veriləcək. Dogrusoztv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank elektromobili dövlət başçsısına təqdim edəcək.
Baş prokurorun xidməti vəsiqələrlə bağlı səlahiyyətləri artırılır
Milli Məclisin plenar iclasında Azərbaycan Baş prokuroru və onun müavinin səlahiyyətinin artırılmasına dair layihə üçüncü oxunuşda qəbul edilib. Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik təklif olunub. Qanun layihəsinə görə, prokurorluq işçilərinin xidməti vəsiqəsində əks olunan məlumatların, təsvirlərə dəyişikliyin edilməsi zamanı vəsiqə nümunəsinin təsdiq edilməsi Baş Prokurorun qanunla həll etdiyi məsələlərin […]
Sabah Bakıda 18° isti olacaq
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə […]
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclisdə onun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib. İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, gündəliyə İnam İmdad […]
“Hacı Şahinin müəmmalı ölümü və sonrakı hadisələr bir zəncirdə birləşir”
“Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terrorun […]
Separatçı rejim çökdü, erməni əhalisi… – Xankəndidə nə baş verir?
Xankəndidə separatçıların vəziyyəti getdikcə daha da çətinləşir. Azərbaycan Ordusunun son əməliyyatlarından sonra separatçıların alternativ olaraq istifadə etdikləri yollar nəzarətə götürülüb. Laçın yolundan isə yalnız humanitar yüklər daşındığı üçün, separatçılar mövcudluqlarını qoruya bilmək məqsədilə hərbi və digər təchizat yüklərindən məhrum olublar. Bu vəziyyət Qarabağdakı erməni əhalisinin Azərbaycana inteqrasiyası məsələsini daha da […]
“Fazil Mustafaya atılan güllə dövlətimizə atılan güllədir” – Komitə sədri
“Biz deputat həmkarımız Fazil Mustafaya qarşı terror aktını kəskin qınayırıq”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. Komitə sədri bildirib ki, bu işdə əli olanların cəzalarını alması istiqamətində aidiyyəti qurumların gördüyü işlər dəstəklənir: “Əminik ki, bu kimi terror işində əli və vasitəçiliyi olan, […]
DİM kolleclərə tələbə qəbulu elan etdi
Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. DİM-dən verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2023-cü il aprelin 4‑dən 24-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində […]
Prezident açılış mərasiminə qatıldı – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Müəllimlə direktor müavini arasında nə baş verib? – “Küncə sıxıb boğmaq istəyib”
Qubada orta məktəb müəlliminin intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Dogrusoztv.az Baku TV-yə istinadən xəbər verir ki, Birinci Nügədi kənd sakini olan 47 yaşlı Aygün Mustafayevanın ibtidai sinif müəllimi kimi çalışdığı İkinci Nügədi kənd 1 saylı orta məktəbin direktor əvəzi Vüqar İmaməliyev onun direktor müavininə hücum etdiyini deyib: “Məktəbin […]