Kəlbəcərdən Laçına sıldırımlı dağlıq, qayalıq, meşəlik ərazidən keçməklə yüksəkgərginlikli elektrik xətti çəkilir. “Azərenerji”dən Dogrusoztv.az-a verilən məlumata görə, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün qurum tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Belə ki, 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından Laçın rayonunun Qorçu kəndinə […]
Azərbaycanın Əməkdar həkimi vəfat etdi
Azərbaycanda həkim vəfat edib. Səhiyyə Nazirliyinin Nizami Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini İradə Şıxzamanova ötən gün 65 yaşında vəfat edib. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. Qeyd edək ki, 1993-cü ildən həmin mərkəzdə fəaliyyət göstərən İ.Şıxzamanova 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar həkim” fəxri […]
Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ
Respublikanın bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib.Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya […]
Bakı metrosunda sərnişin siqaret çəkdi – Video
Metroda sərnişinlərdən biri siqaret çəkib. Dogrusoztv.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, metropolitendə yeni qatarlardan birində orta yaşlı bir kişi sərnişin vaqonunun ortasında siqaret yandırır. Ətrafdakı xanım sərnişinlər yerlərindən duraraq oradan uzaqlaşırlar, digər iki sərnişin isə kişiyə yaxınlaşaraq siqaret çəkməsinin qarşısını […]
Azərbaycan neftinin qiyməti 130 dolları ötdü
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,08 ABŞ dolları və ya 1,63% artaraq 130,02 dollar təşkil edib.
Azərbaycanda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ
Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.Hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yardım göstərilib.Vəziyyətlərinin kafi olduğu bildirilir.Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.Faktla bağlı araşdırma aparılır.
Norveç Ukraynaya 22 M109 zirehli haubitsa verib
Norveç hökuməti Ukraynaya 22 ədəd M109 özüyeriyən zirehli haubitsa təhvil verib. Bu barədə Norveç hökuməti məlumat yayıb. Bildirilir ki, avadanlıq, ehtiyat hissələri və 155 mm-lik sursat da daşınıb. Bundan əlavə, Norveç ukraynalı hərbçilərə M109-dan istifadə qaydalarını öyrədib. “Ukrayna silahlı qüvvələri Qərbin dəstəyinə ümid edir və Rusiyanın hücumlarına qarşı çıxmaq üçün […]
Yay qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlanır
I, II, III və IV ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildiirlib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim […]
Prezident “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış oldu – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verdi. Bildirildi ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, […]
Sabah 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]