Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının tarixi məlum olub. Dogrusoztv.az xəbər verir ki, toplantının iyunun 17-də keçirilməsi nəzərdə tutulur.
İlham Əliyevdən 12,7 milyon manatlıq SƏRƏNCAM
Prezident İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait […]
Nazirin “Son zəng”ə getdiyi məktəbin adının yazılışında SƏHV – FOTO
Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşən 234 nömrəli tam orta məktəbin girişində olan yazılışda qrammatik səhvə yol verilib. Dogrusoztv.az xəbər verir ki, bu gün təhsil naziri Emin Əmrullayev həmin məktəbdə keçirilən “Son zəng” tədbirinə qatılıb və orada çıxış edib. Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Əsgərin ölümünə görə cinayət işi açıldı – YENİLƏNİB
Azərbaycan Ordusunun əsgərinin cərəyan vurması nəticəsində ölməsinə görə cinayət işi açılıb. Bu barədə “Unikal”a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. Xəbərə görə, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində […]
Dövlət Vergi Xidməti bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
Bu ilin may ayı üzrə gəlir vergisi (Xüsusi notariuslar üzrə), gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri iyunun 20-dən […]
Nazirdən vahid məktəbli formasına keçidlə bağlı AÇIQLAMA
“Vahid məktəbli formasına keçid tədricən olacaq”. Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, məktəbli formaları ilə bağlı hər bir məktəb öz daxilində qərar verməlidir. Bu qərar verilərkən qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə edilməlidir. “Şagirdlərin vahid və müxtəlif çalarları məktəbli formasına keçməsi müsbət hal olacaq, […]
“Azad qadın” heykəli sökülür? – RƏSMİ AÇIQLAMA
“”Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu […]
Günay Quluzadəyə vəzifə verildi
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin olunub. Dogrusoztv.az xəbər verir ki, bu vəzifəyə Günay Quluzadə təyinat alıb. O bundan əvvəl Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışıb.
DİN valideyn və məzunlara müraciət etdi
Daxili İşlər Nazirliyi “Son zəng” tədbiri ilə bağlı valideyn və məzunlara müraciət edib. Müraiciətdə deyilir: “Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.
Kəlbəcərdə əsgərimiz faciəli şəkildə vəfat etdi
Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib. Faktla bağlı Kəlbəcər Hərbi […]