Çempionlar Liqası: “Qarabağ”ın cavab oyununu fransalı hakimlər idarə edəcək

Bakıda “Qarabağ” və “Ferentsvaroş” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.Qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən […]

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Avqustun 25-də Prezident İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, yarışla əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı […]

Qubada dağlıq ərazidə yanğın başlayıb

Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Sabah Bakının bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Avqust 24-də saat 07:00-dan saat 22:00-dək Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti aparılacaq təmir işləri ilə əlaqədar tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata əsasən, sabah 07:00-dan saat 22:00-dək paytaxtın Ziya Bünyadov prospektində […]

BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb

Azərbaycanda sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədar yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürüclərə müraciətində qeyd edilib. Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10-20%-i sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır. “Son zamanlar təəssüf ki, ölkəmizdə də məhz […]

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,36 % artaraq 69,73 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 68,23 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq

İran diplomatlarının Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı məsələsinə dair danışıqları avqustun 26-na planlaşdırılıb. Bu barədə “Al Arabiya” telekanalı İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. “İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqlarının gələn çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilməsi qərara alınıb”, […]

İlham Əliyev: Azərbaycan, Türkmənistan və Özbəkistan mühüm geostrateji mövqeyə malikdir

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir.Bu fikri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə səsləndirib. “Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur

Yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü nəzərdə tutulmur. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin “NBC News” telekanalına bildirib. “Putin Zelenski ilə sammit gündəliyi hazır olduqda görüşməyə hazırdır, lakin bu gündəlik ümumiyyətlə hazır deyil”, – o qeyd edib. S.Lavrovun sözlərinə görə, ABŞ prezidenti […]