Energetika naziri Pərviz Şahbazov dekabrın 19-da Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Bərdə və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan başlayaraq Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6300, Zərdab şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, […]
Masallının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bu gün Masallının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Azərişıq”dan verilən məlumata görə, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Xıl” hava xəttində dekabrın 8-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin […]
Rayonlara qar yağır – FAKTİKİ HAVA
Dekabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir. Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa isə qar yağır. Düşən yağıntının miqdarı Lənkaranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad, Kürdəmirdə […]
Tahir Qarayev vəzifəsindən azad edildi
Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub. Tahir Qarayev öz ərizəsi ilə işdən ayrılıb. O, səbəb olaraq səhhətində yaranan problemləri göstərib. Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb. Qafazinfo
Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli cənab Prezident. Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm. Amerika […]
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin “2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin “International Resources Holding” şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat […]
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır
Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq forumda bildirib. “Biz ədalətli sülhə əsaslanaraq Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq. Sülh […]
Türkiyədə avtobus TIR-a çırpılıb, 7 nəfər ölüb, 11-i yaralanıb
Türkiyənin Osmaniye əyalətinin Bağce rayonu yaxınlığında sərnişin avtobusunun TIR-a çırpılması nəticəsində 7 nəfər ölüb, 11-i yaralanıb. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, İzmir-Qaziantep reysi ilə hərəkət edən sərnişin avtobusu təkəri partladığı üçün dayanan TIR-a arxadan çırpılıb.
Bazar günü temperatur enəcək, yağış yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
Naxçıvanın dövlət qurumlarının rəhbərləri dekabrda vətəndaş qəbulları keçirəcəklər
Naxçıvan Muxtar Respublikası (MR) dövlət qurumlarının rəhbərləri dekabr ayında vətəndaş qəbulları keçirəcəklər. Qəbullar bölgələrdə əhalinin müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ həllinə nail olunması və dövlət-vətəndaş ünsiyyətinin daha səmərəli qurulması məqsədi daşıyır. Qəbul qrafikinə uyğun olaraq, rəhbər şəxslər ay boyunca Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək […]