Xalq artisti Məleykə Əsədova idman etdiyi anları paylaşıb. Aktrisa instaqram istifadəçiləri ilə sağlam və gözəl qalmağın sirlərini bölüşüb: “Əzizlərim, çox sual verirsiz ki, necə edirsiz belə cavan və gözəl qalırsız. Gözəllik öncə daxildən gəlməlidir, zehninizi və düşüncələrinizi sağlam saxlayın! Məqaləyə dair fotomateriallar: Olay.az
Bu şəxslərin elektron qeydiyyatının aparılması qaydası təsdiqləndi
Nazirlər Kabineti “Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası”nın təsdiq edilməsi barədə Qərar verib. Sənədə əsasən, “Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 fevral tarixli 1601 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək […]
Prezident ailəsi ilə birlikdə Talış kəndinə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər. Dövlət başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma […]
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir: Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və […]
DTX-nin tutduğu gömrük generalları AZADLIĞA BURAXILDI
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalları Ehtiram Xəlilov və Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov azadlığa buraxılıb. Məhkəmə onların barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxıb. Qərara əsasən, generallar ev dustaqlığına buraxılıb. Qaynarinfo
İlham Əliyev Talış kəndinin Baş planı ilə tanış oldu
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva […]
İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumda bildirilib. “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını […]
İƏT Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul etdi
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş 5 qətnaməni qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” […]
Laçın yolunda ekoaksiyanın 97-ci GÜNÜ
Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 97 gündür davam edir. Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Şuşada hazırda az dumanlı hava şəraiti müşahidə olunur. Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil edib.
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ: Bu gündən…
Bu gündən Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. İşğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil edilir. Layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. İlk turist səfərləri […]