“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu Milli məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Doğrusöztv.Az-ın məlumatına görə, müzakirələr zamanı sənədin əhəmiyyəti qeyd edilərək iki ölkə arasında əməkdalığa töhfə […]
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Doğrusöztv.Az-ın məlumatına görə, iclasda 22 məsələ müzakirə ediləcək. Bu məsələlər aşağıdakılardır. 1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma […]
Pensiya yaş həddində yenidən dəyişiklik edilir – RƏSMİ
Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib. Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 […]
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi təsdiqləndi
Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi […]
Prezident İlham Əliyev “AzerGold”un Müşahidə Şurasının tərkibini təsdiqləyib
Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Müşahidə Şurasının sədri Rövşən Nəcəf – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü Müşahidə Şurasının üzvləri Elçin Ağakişiyev – […]
Deputatların vaksinasiyasına başlanılıb
Bu gündən Milli Məclisin deputatlarının vaksinasiyasına başlanılıb. Doğrusöztv.Az-ın məlumatına görə, artıq bir neçə deputat birinci mərhələdə vaksinasiyadan keçib. Virusu keçirmiş deputatlarda isə virusa qarşı antitellərin müəyyən edilməsi üçün analizlər götürülüb. Deputatlar arasında vaksinasiya könüllü şəkildə aparılır.
Mərkəzi Parkın ikinci hissəsi salınır (FOTO)
Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar “Sovetski” məhəlləsində yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsindən sonra bu ərazidə Bakının Mərzi parkı kimi tanınan istrahət güşəsi salındı. Sözgedən park Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Rüstəmov və Mirzəağa Əliyev küçələrini […]
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin edildi
Prezident İlham Əliyev A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, sərəncamla Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilir.
Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir – TƏBİB
Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVAC” peyvəndi “COVID-19”-un Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir. Doğrusöztv.Az bildirir ki, TƏBİB-dən verilən məlumata görə, bu barədə “CoronaVAC”-ın Braziliyadakı sınaqlarına rəhbərlik edən və Butantan Biotibb Mərkəzinin rəhbəri Dimas Kovas bildirib. O qeyd edib ki, Mərkəz “CoronaVAC” peyvəndinin virusun Böyük Britaniya […]
Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Doğrusöztv.Az bildirir ki, “YAŞAT” Fondundan verilən məlumata görə, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Ağaqardaş Abbasovun övladı İlknurun zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin […]