Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Oxu.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik – leytenantı Şakir Rüstəmov Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, Ş.Rüstəmov bu təyinata qədər Qazax RPŞ-da xidmət üzrə rəis […]

Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum – Erl Litsenberger

Mən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşünün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum. Doğrusöztv.Az-ın məlumatına görə, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib. “ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının tərəfdarıdır. Biz bu addımı alqışlayırıq” – deyə, səfir vurğulayıb.

Azad edilmiş ərazilərdə görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib. Doğrusöztv.Az xəbər verir ki, dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad […]

Üç ABŞ şirkəti Qarabağda layihələrdə iştirak edir – Səfir

ABŞ-dan üç şirkət Qarabağda layihələrdə iştirak edir. Doğrusöztv.Az bildirir ki, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Trend-in sualını cavablandırarkən deyib. “Hesab edirəm ki, ABŞ şirkətlərinin Qarabağda iştirakı üçün çox imkanlar var. Amerika şirkətləri ən yaxşı texnologiyalara malikdir və ən qabaqcıl təcrübələrini təklif edə bilərlər” – deyə, E.Litsenberger bildirib.

Azərbaycanda polkovnik-leytenant vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib. T.Məmmədova bu gün Yasamal qəbiristanlığında dəfn olunub. Onun qan təzyiqindən əziyyət çəkdiyi bildirilib. Uzun müddət idi, müalicə olunurdu. Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib. ///lent.az

SON DƏQİQƏ: Ordumuz Qafanda İRƏLİLƏDİ: Bu kənddə də BAYRAĞIMIZ ASILDI

Azərbaycan tərəfi Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirdikcə, ermənilərin “ahu-zarı” göylərə bülənd olmağa başlayıb. Oxu24.com  xəbər verir ki, Çakatendə gömrük postu və Laçın dəhlizinə çıxış istiqamətində daha iki hərbi post quran Ordumuz, bununla bir sıra yeni üstünlüklər əldə edib. Çakaten yaxınlığında və Laçın dəhlizinə yaxın ərazidə hərbi postlar quran Azərbaycan Ordusu bununla […]

Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib. Doğrusöztv.Az xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, “Hərbi hüquq üzrə ekspert görüşü”ndə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, […]

Ağdam sakininin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açıldı

Noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Doğrusöztv.Az xəbər verir ki, Ağdam rayon prokurorluğundan  bildirilib ki, aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən […]

Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın üzərinə düşür – XİN

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyanın söylədiklərini şərh edib. Doğrusöztv.Az-ın məlumatına görə, L. Abdullayeva bildirib ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. “Belə ki, ötən həftə, noyabrın 9-u […]