Gəncədə erməni terroru nəticəsində ölənlərin sayı 14-ə çatdı – İcra başçısı

Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölən mülki şəxslərin sayı 14 nəfərə çatıb. Doğrusöztv.Az bildirir ki, Trend-in Gəncədə olan müxbirinin verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov deyib. O bildirib ki, hadisə nəticəsində 55 nəfər xəsarət alıb: “Faşist erməniər dinc sakinlərə […]

Prezident İlham Əliyev xalqa müraciət edib (YENİLƏNİB) (FOTO)

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Doğrusöztv.Az müraciəti təqdim edir. Prezident İlham Əliyevin müraciəti -Əziz həmvətənlər. Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, […]

Birinci vitse-prezident Mehriban Əliyeva: Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir

Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində faşist Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edilib. Doğrusöztv.Az -ın məlumatına görə, paylaşımda deyilir: “Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən? Bu gecə Gəncəyə xaincəsinə […]

Ordumuz Gəncənin qisasın aldı: Düşməndə əsgər və texnika qalmadı – Anbaan video

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu barədə Dogrusoztv.az a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Nazirliyin yaydığı videolardan görünür ki, mülki əhaliyə qarşı terror törədən Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yalnız hərbi obyektləri və hərbçiləri hədəf alır. Bununla Azərbaycan hərbçiləri həm […]

Hikmət Hacıyev: “Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır”

Hikmət Hacıyev: “Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır” “Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır”. “Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Bu, Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Münaqişə bölgəsindən kənarda olan Azərbaycan şəhərlərinə raketlər atılır. Bütün məsuliyyət Ermənistanın […]

Finlandiya Parlamentinin önündə Ermənistanın işğalçı və terror siyasətinə etiraz bildirilib

Finlandiyanin Helsinki şəhərində “Ermənistan dövlətinin mülki Azərbaycan əhalisinə qarşı təcavüzünə “dayan” deyək” adli aksiya kecirilib. Ölkə parlamentinin önündə gerçəkləşdirilən aksiya Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın və Finlandiyada yasayan azərbaycanlıların təşəbbusu ilə baş tutub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, aksiyada Finlandiya Azərbaycanlıları Cəmiyyətinin […]

Ermənilər sosial şəbəkələrdə Azərbaycan əsgərinə heç bir aidiyyəti olmayan saxta videolar paylaşır – Müdafiə Nazirliyi

Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır. Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur: “Bir daha xatırladırıq […]