Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 […]
Tarif Şurası bu qiymətləri də müəyyənləşdirəcək
Tarif Şurasına yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Elektroenergetika haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Tarif (qiymət) Şurası Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğlərini nəzərdə tutulan normativ hüquqi aktlar […]
İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını təsdiqlədi
Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanunu imzalayıb. Konvensiya 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilib.
Növbəti çevik xilasetmə qüvvələrimiz Türkiyəyə çatdı – YENİLƏNİB (FOTOLAR)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb. Bu barədə FHN-dən məlumat verilib. Çevik xilasetmə qüvvələri yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına başlayacaq. *** 10:16 […]
İlham Əliyev bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak etdi – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
9 yaşlı Bakı məktəblisinin türkiyəli uşaqlara duyğusal MƏKTUBU – FOTO
“Bütün Türk uşaqlarına salam. Mənim adın Nərgizdir, 9 yaşım var. Türkiyədə baş verən zəlzələ bizi çox kədərləndirdi”. Bu fikirləri Bakı şəhərində yaşayan Nərgiz Eyvazlı İqrar qızı yazıb. “İndi bilirəm ki, ora çox soyuqdur. Bu soyuqda bayırda qalan və üşüyən də var. Mənim isə isti otaqda sizin üçün ürəyim üşüyür. Mən […]
Ərdoğan Kahramanmaraşa GETDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraşa gedib. Bu barədə TRT Haber məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti daha sonra Kahramanmaraşın Pazarcık rayonunadır.
Suriyadakı zəlzələdə ölənlərin sayı 2 mini keçdi
Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyindən bildirilib. Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var. Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Bakıda yardım kampaniyasının ünvanı dəyişdi
Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib. Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, Babək prospektində yerləşən “Doğtaş Mebel” qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə dəyişdirilib. Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur. “Unikal”
Türkiyədəki zəlzələdə voleybolçular həlak oldu
Malatyada 7,7 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalan Malatya Böyükşəhər Bələdiyyəsinin iki voleybolçusu Emincan Kocabaş və Mehmet Can Ağırbaş həyatlarını itiriblər. Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malatya Kırçuval hotelinin dağıntıları altında qalan voleybolçuların cəsədləri saatlar sonra tapılıb