Bu nazirliyin işçilərinin say həddi artırıldı – FƏRMAN

alfonsonri

Azərbaycan İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidindən (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla) 4494-ə çatdırılıb. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Digər dəyişikliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidindən 499-a çatdırılıb.

Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi – Video

alfonsonri

Ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, xalq artisti R. Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan […]

Güclü külək əsəcək, qar yağacaq – XƏBƏRDARLIQ

alfonsonri

Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib. Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə […]

Azərbaycanda cinayət törədənlərin çoxu işsizlərdir

alfonsonri

2022-ci ildə ölkədə qeydə alınmış 36 494 cinayət hadisəsinin 10 665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb. Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin […]

Azərbaycanda iki rayonu birləşdirən dəmir körpü oğurlanıb

alfonsonri

Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Sarısu […]

AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edirlər – FOTO

alfonsonri

Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi […]

Vilayət Eyvazov onu Nərimanova rəis TƏYİN ETDİ

alfonsonri

Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib. Bu təyinata qədər o, DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.

Ordumuzun mövqeləri atəşə tutuldu

alfonsonri

Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam  yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif […]

Bu gün onların bayramıdır – Video

alfonsonri

Bu gün Azərbaycanda avtomobil yolları işçilərinin peşə bayramı günüdür. “Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 15 ildir ki, peşə bayramını […]