Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edəcək

Avqustun 15-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şərur rayon icra hakimiyyətinin inzibati binasında Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyənlər 060 596 69 62 nömrəli telefona zəng edərək əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin […]

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Vaşinqton görüşünün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər. Təbrikdə deyilir: “Zati-aliləri. Prezident Donald Trampın şahidliyi ilə Amerika Birləşmiş Ştatlarında Azərbaycanın mühüm rolu olan sülh sazişi ilə bağlı Birgə Bəyannamənin imzalanması münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə ən səmimi […]

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb Bildirilib ki, namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirakı gözlənilən 905 namizəddən 4 nəfər imtahana gəlməyib. Namizədlərdən 610 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə […]

Ermənistan silahlı qüvvələrinin Xocalıda girov götürdüyü şəxs: Bıçağı uşaqlarımın boğazına dirəməklə mənə iztirab verirdilər

Bakı Hərbi Məhkəməsində avqustun 11-də məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da […]

Qusar sakini həyat yoldaşını və qaynını baltalayıb, biri ölüb, digəri xəsarət alıb

Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub. 67 yaşlı Qusar rayon sakini Vəkil Saday oğlu Əlibəyov həyat yoldaşı, 49 yaşlı Şəlalə Ömərovanı və qaynı, 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu baltalayıb. Nəticədə Ş.Ömərov ölüb, Ş.Ömərova isə xəsarət alıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən […]

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya növbəti humanitar yardımın göstərilməsi ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ […]

İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər – ŞƏRH 

ABŞ Prezidenti Donald Trampın dəvəti, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən sülh sammitinin böyük rezonans doğuracağı əvvəlcədən bəlli idi. Hələ danışıqlar ərəfəsində medianın əldə etdiyi məlumatlardan görünürdü ki, danışıqların zəngin gündəliyi və imzalanacaq sənədlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyini finiş xəttinə çıxaracaq […]

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

Ali təhsil müəssisələrinə ixtisas seçimi 11-19 avqust tarixlərində aparılacaq və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, […]

Zəngilanda yanğın törədən şəxs müəyyən edilib

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət […]