Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, […]
Mehriban Əliyeva Ağdərədən paylaşım etdi – Video
Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında Ağdərə rayonu, Həsənriz kəndindən paylaşım edib. Paylaşımda deyilir: “Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”
Milli Məclis Prezident və xanımına təbrik ünvanladı
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik ünvanlayıb. Bu təklifi parlamentin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova edib. Təklif alqışlarla qarşılanıb.
Karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb. Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 1 aprel 2025-ci ilədək uzadılmışdı.
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, bundan öncə, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, […]
Prezidentlə xanımı sakinlərlə birlikdə Novruz tonqalı yandırdılar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Sonra dövlət başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.
Bu gecə ilk Qədr gecəsidir
Bu gecə Azərbaycanda ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir. İkinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22, sonuncusu isə 26-da olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində […]
Prezidentlə xanımı Ağdərədə yol açılışı etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
FHN ilaxır çərşənbə ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) ilaxır çərşənbə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Bu barədə FHN məlumat yayıb. Bildirilib ki, xüsusi təmtəraqla qeyd olunan İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə […]