Birləşmiş Millətlər Təşkilatı (BMT) beynəlxalq tələblərə cavab verə bilmir. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyə Aralıq dənizinin qəlbində təkcə bir forum deyil, insanlığın ortaq dəyərini müdafiə edən mərkəz tikir: “Bu il də forumumuz fərqli səsləri və […]
Hava şəraiti kəskin dəyişəcək, külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ
Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda qeyd edilib. […]
İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. Bu barədə “Report”un Antalyaya ezam olunmuş müxbiri xəbər verir.
Antalyada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilib – YENİLƏNİB – 2
Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib. Prezident İlham Əliyev Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib […]
Ədliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ
Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir: “Bildiririk ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması […]
Azərbaycanda ən çox gəliri olan PARTİYALAR – SİYAHI
Azərbaycanda qeydiyyatda olan 26 siyasi partiyanın hamısı ötən ilin maliyyə hesabatını təqdim edib. Partiyaların bəziləri həmişəki kimi boş hesabat təqdim edib və gəlirinin olmadığını bildirib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən il ən çox gəlir və xərci olan partiya olub. Partiyanın gəlirləri 3 milyon manat artaraq 35 milyon manata çatıb. […]
Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvinə dair dəyişiklik ilk oxunuşda təsdiqlənib
Milli Məclis Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin müəyyən edilməməsi haqqında dəyişikliyi ilk oxunuşda təsdiqləyib. Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq […]
Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanılıblar
Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinən saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır. Belə ki, paytaxt sakini olan bir […]
Prezident İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub. Bu barədə məlumatı “Report”un Antalyaya ezam edilən müxbiri verib.
Moskvada Putin-Əliyev-Paşinyan görüşü keçirilə bilər
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək illik paraddan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bu iddia ilə Ermənistanın “Joğovurd” qəzeti çıxış edib. “Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Alma-Atada hansısa […]