Səməd Bəşirli: “Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir”

Pakistan və Azərbaycan regional əməkdaşlıq, ticarət və investisiyaların inkişafına diqqət yetirməklə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq qalmaqda davam edirlər. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslamabada səfəri çərçivəsində Pakistanın federal rabitə naziri Abdul Alim Xanla görüşdə bildirib. A.Xan vurğulayıb ki, Pakistanın Azərbaycanla uzunmüddətli dostluğu mühüm strateji üstünlükdür. O, Pakistanın Hindistanla münaqişəsi […]

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 2,3 % azalaraq 72,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,01 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

Bakıxanov qəsəbəsinin bəzi hissəsində işıq olmayacaq

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, iyulun 17-də Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində Leyla […]

Leyla Əliyeva həmin görüşdən fotolar paylaşdı

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və qızı Oquldjaxan Atabayevanın Prezident İlham Əliyev və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşü olub. Leyla Əliyeva həmin görüşdən fotolar paylaşıb. Fotoları təqdim edirik:

Milli Məclisin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə (MM) gəlib. MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları spiker Sahibə Qafarova qarşılayıb. Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə […]

İmamoğlu bu iş üzrə 1 il 8 ay həbs cəzası aldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barəsində İstanbul baş prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlərə görə davam etdirilən məhkəmə işində hökm oxunub. İmamoğluna 1 il 8 ay həbs cəzası verilib. O, “terrorla mübarizədə əməyi olan şəxsləri hədəfə almaq” maddəsi ilə ittiham olunduğu iş üzrə isə bəraət alıb. Qeyd edək […]

Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Bu barədə Milli Hidrometeorologiya Xidməti yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, […]

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşıladı. Dövlət başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Hörmətli Qurbanqulu Məlikquliyeviç. Azərbaycana xoş gəlmisiniz. […]