Xəbər verildiyi kimi, Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Hərçənd ki, bəzi deputatlar yeni qanunun ölkədə elektrik enerjisinin bahalaşmasına gətirib çıxaracağını bildirirdilər. Bu baxımdan qanunun qəbul edilməsinin erkən olduğu qeyd edilirdi. “Qafqazinfo”nun məlumatına görə, energetika naziri Pərviz Şahbazov isə müzakirələr zamanı bildirib ki, sənəd potensial […]
Bu həftə Ramazan tətili başlayır
Bu həftə Azərbaycanda Ramazan tətili başlayır. 21, 22 aprel Ramazan bayramı kimi qeyd olunacaq. 22 aprel şənbə gününə təsadüf etdiyindən iş günlərinin yeri dəyişdirilib və beşgünlük iş həftəsində 24 aprel də qeyri-iş günüdür. Beləliklə, bayramla əlaqəli ardıcıl olaraq 4 gün qeyri-iş günüdür.
Türkiyədə silahlı insident: Ölənlər var
Türkiyənin Kartal adlanan ərazisində avtomobilə silahlı hücum olub. İçərisində 4 nəfər olan avtomobildə iki nəfər güllənərək öldürülüb. Digər iki nəfər isə yaralanaraq xəstəxanaya aparılıb. Hadisə yerində polis əməkdaşları cəlb olunub. Mənbə: Haberler.com
Ramil Usubovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
“Qarabağ münaqişəsinin yaratdığı reallıqların töhfələri səmimi tərəfdaş olmaq istəyən bütün dövlətlərin bəhrələnməsinə imkan yaradır. Məsələn, Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir”. Bunları Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib. “Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna […]
İçməli su ilə bağlı yeni dövlət standartı qəbul edildi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartını qəbul edib. Bu barədə AZSTAND məlumat yayıb. Məlumata görə, dövlət standartının qəbul edilməsində əsas məqsəd BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq […]
Başlıbel faciəsindən 30 il keçir
Bu gün – 18 apreldə Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətliamın növbəti ildönümüdür. Hadisə 1993-cü il aprelin 18-də törədilib. Rəsmi məlumata görə, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib […]
Laçın-Xankəndi yolundakı aksiya 128 gündür DAVAM EDİR
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 128 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu […]
Azərbaycanda bu məhsullar bahalaşdı -YENİ QİYMƏTLƏR – VİDEO
Alış-veriş edərkən tələbatın daha çox olduğu tərəvəz kartof və soğandır. Son günlər bu tərəvəzlərin satışında kəskin bahalaşma var. Satıcılar “ARB Xəbər”ə kartof və soğanın bahalaşmasını təsdiqləyiblər. Hazırda bazarda Belarus kartofu 1 manat, Şəmkir istehsal olan kartof isə 3 manata satılır. Soğanın da qiymətində artım var və 2-3 manat arasında dəyişir. […]
Ağdam, Suqovuşan və Hadruta köç nə vaxt olacaq?
Bu il ərzində Laçın, Zabux, Sus, o cümlədən Füzuli şəhərinə köçmək üçün şərait yaranacaq. Bu barədə Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. Onun sözlərinə görə, gələn ildən başlayaraq Suqovuşan, Hadrut, Tuğ, eləcə də, Ağdam şəhərinə və […]
Ramazanın 27-ci gününün duası – İmsak və iftar vaxtı
Bu gün Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 04:27-də, iftar vaxtı isə 19:37-dədir. İmsak duası: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!” Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin […]