Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və […]
Azərbaycanda yeni medal təsis edilir
Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək. Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin Hüquq siyasəti […]
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb. Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
Tələbə faciəvi şəkildə vəfat etdi: yayda əsgər gedəcəkdi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi Əşrəf Mirzəyev ölüb. Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Ə.Mirzəyev yol-nəqliyyat hadisəsində həyatını itirib: “Çox ağıllı, mədəni, mehriban insan idi. Bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən […]
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyada Azərbaycan şairi, Ukrayna ədəbiyyatı nümunələrinin tərcüməçisi, diplomat Abbas Abdullanın (1940-2019) anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzi olub. Ukrayna ədəbiyyatının ən görkəmli azərbaycanlı tərcüməçisi və tədqiqatçısı olan Abbas Abdulla […]
Azərbaycanda magistraturaya 129 ixtisas üzrə 925 ixtisaslaşma təklif olunur
Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Bu barədə Nazirlikdən məlumat verilib. Bildirib ki, elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda Komissiya üzvləri və Nazirliyin rəsmiləri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən elm və təhsil […]
Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.Dövlət başçısının imzaladığı sənədə əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, […]
Azərbaycan və İran hərbçilərinin birgə təliminin açılış mərasimi keçirilib
Ölkəmizdə keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan və İran təlim rəhbərləri, eləcə də digər yüksək səviyyəli üzvləri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin, həmçinin hər iki ölkənin ərazi […]
Türkiyənin Maltadakı səfiri vəfat edib
Türkiyənin Maltadakı səfiri Erdeniz Şen vəfat edib.Bu barədə Maltanın xarici işlər və turizm naziri İan Borq (Ian Borg) “X”də yazıb. Nazir bu hadisədən dərin kədər hissi keçirdiyini vurğulayıb. “Onun diplomatik fəaliyyəti və ölkəsinə xidməti hörmətlə xatırlanacaq”,- deyə İ.Borq əlavə edib. XİN başçısı səfirin ailəsinə, həmkarlarına, Maltadakı Türkiyə səfirliyinə və Türkiyə […]
DİM imtahan iştirakçılarına müraciət edib
Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarına müraciət edib.Müraciətdə deyilir: “DİM-in keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata […]