Nərimanov rayon Cümə məscidi (keçmiş Əbu Bəkr məscidi) yaxın zamanda fəaliyyətə başlayacaq. Dogrusoztv.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, məsciddə təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir və məscidin yaxın zamanlarda açılışının olması […]
Bəzi mahnılar qadağan olunsun! – TƏKLİF
“Bu gün internet resurslarında təbliğ olunan bəzi bayağı mahnılar Azərbaycanın böyüməkdə olan nəslinə çox böyük ziyan vurur”. Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu mahnıların yayımlanmasının qarşısı alınmalıdır. S.Əliyeva söyləyib ki, ən vacib məsələ isə televiziya və radiolarda bu […]
Kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsi açıqlandı – SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması […]
Rafael Dağlı ağır qəzaya düşdü – Video
Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) qəzaya düşüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə bir neçə gün öncə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, musiqiçi idarə etdiyi “Range Rover” markalı avtomobillə idarəetməni itirərək maşını yol kənarına aşırıb. Məsələ ilə bağlı saytımıza danışan klarnetçi bildirib ki, Şabrana nənəsinin yas […]
Nazirlik əməliyyat keçirdi – “Narınc”ın bu filialı bağlandı-Video
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) […]
Nazirlik əməliyyat keçirdi – “Narınc”ın bu filialı bağlandı-Video
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən […]
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. DİM-dən verilən məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə […]
Qəzada ölənlər musiqiçinin ailə üzvləridir – 3 yaşlı Bayxan da həyatını itirdi…
Dünən saat 15:45-də Ələt-Astara magistralının Salyandan keçən 26-cı kilometrliyində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb. 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlunun idarə etdiyi “Kamaz” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolun kənarında dayanmış “Hyundai Accent”i vurması nəticəsində ağır yaralanan 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram […]
Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır – DETALLAR
Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır. Dogrusoztv.az “Report”a istinadən xəbər verir ki, uğursuz terror aktından sonra Azərbaycan təhlükəsizlik və hüquq mühafizə orqanlarının belə cinayətkar ünsürlərə qarşı daha amansız olacağı bildirilir. Fazil Mustafanın köməkçisi və yaxınlarından əldə edilən məlumatlarda müalicə prosesinin davam etdirildiyini, durumu günü-gündən yaxşılaşdığını, […]
Laçın-Xankəndi yolundakı aksiyanın 116-cı GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 116 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin […]