Ermənilər Laçında traktoru ATƏŞƏ TUTDU – FOTO

alfonsonri

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

“Qurtuluş 93” şirkətinin sədri HƏBS EDİLDİ

alfonsonri

“Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaq zamanı Hüseyn Əsgərovun qeyd olunan vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin […]

Rüşvətə görə tutulan dekanın məhkəməsi başlayır

alfonsonri

Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. İbtidai istintaq zamanı Famil Nəsibovun qeyd olunan vəzifədə işləyərkən rəhbərlik etdiyi fakültədə keçirilən dərslərdə iştirak etməyən tələbələrin imtahanlara buraxılması, […]

İran 4 diplomatımızı “arzuolunmaz şəxs” elan etdi – RƏSMİ

alfonsonri

“Mətbuatda bu günlərdə yayılmış sözügedən xəbər yeni deyil”. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı yerli medianın sualına cavabında bildirib. “Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin […]

Ağcabədidə yeni tibb məntəqəsinin açılışı olub

Qiyaməddinli kəndində həkim məntəqəsi üçün tikilən yeni binanın istifadəyə verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. Mayın 1-də təşkil olunan mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, Mərkəzi Xəstəxananın nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak […]

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş pul nişanları buraxıldı

alfonsonri

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimini keçirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qaızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan […]

Rusiyalı nümayəndə Ankaradakı davadan sonra xəstəxanaya yerləşdirildi

alfonsonri

Xəbər verdiyimiz kimi, dünən Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sammiti çərçivəsində insident qeydə alınıb. Rusiya və Ukrayna təmsilçiləri arasında olan davadan sonra rusiyalı nümayəndə xəstəxanaya yerləşdirilib. Bu barədə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb. Səfirlik qeyd edib ki, Ukrayna nümayəndələri iki dəfə Rusiya nümayəndə […]

İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər. Dövlətimizin başçısına və Birinci vitse-prezident Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban […]

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

alfonsonri

[center][img]https://azadmedia.az/uploads/posts/2023-05/1683269340_64549a84ceb6b64549a84ceb6c168326618064549a84ceb6964549a84ceb6a-1.jpg[/img][/center] Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk […]