Azərbaycan Prezidenti İlham Əliyev 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı rəsmi “Twitter“ hesabında paylaşım edib. Mətndə deyilir: “9 may – II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edirəm!“
Faşizm üzərində qələbədən 78 il ötür
Bu gün faşizm üzərində qələbənin 78 ili tamam olur. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb. Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. İkinci Dünya müharibəsində […]
Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir – Türkiyəli deputat
Türkiyə müxalifətinin təmsil olunduğu “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub. Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni […]
Mehriban Əliyeva Şuşa yolundan PAYLAŞIM ETDİ – VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şuşaya səfər ediblər. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşa səfərindən paylaşım edib: “Viaduklar, tunellər — Şuşa yolunun yeni görkəmi. 08.05.2023” deyə qeyd edib.
Baş Prokurorluq XƏBƏRDARLIQ ETDİ
Baş Prokurorluq media subyektlərinə xəbərdarlıq edib. Qurumun Mətbuat Xidmətindən daxil olan xəbərdarlıqda deyilir: “Xəbər verildiyi kimi, mayın 7-si Türkan Gündüzün öldürülməsinə dair Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə zərərçəkmişin əri, Türkiyə vətəndaşı Muhammet Gündüz saxlanılaraq həmin maddə ilə təqsirləndirilən […]
Rafiq Bayramov AZADLIQDA (YENİLƏNİB)
Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib. Sərəncam müəssisədə saxlanılan 34 məhkuma şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb. Azadlığa buraxılanlar içərisində Mədəniyyət nazirinin sabiq müavini […]
İlham Əliyev və birinci xanım Şuşaya səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər. Dövlət başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.
Putin MDB liderlərini təbrik ETDİ
Mayın 9-dan əvvəl Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarına və xalqlarına təbriklər göndərib. Bu barədə məlumat Kremlin saytında dərc olunub. O cümlədən, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına müraciətlər göndərilib. Mesajlarda Ukraynanın adı çəkilməyib.
Naxçıvanın mədəniyyət naziri işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb. Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib. Xatırladaq ki, N. Qədimova bu vəzifəyə […]
İki ayağını itirmiş qazi Heydər Əliyev zirvəsinə qalxdı
Vətən müharibəsində iki ayağını da itirmiş qazi Polad Rzayev ulu öndər Heydər Əliyevin adını daşıyan zirvəyə qalxıb. Bu barədə o, instaqram hesabında paylaşım edib. P.Rzayev ulu öndər Həydər Əliyevin 100 illik yubileyi münasibətilə zirvəyə qalxdığını bildirib: “Mən 1-ci Qarabağ müharibəsi şəhidinin övladı, ikinci Qarabağ müharibəsində hər iki ayağını itirmiş qazi […]